Biz "nə" yeyirkisə, "o" yuq. Bu məsəl çoxlarına tanışdır, amma ona ele də çox adam riayət edə bilmir. Amma doğrudan da, düzgün olmayan qidalanma zamanı yağlı, çox şirin, duzlu və acı qidalar dərimizə mənfi təsir göztərir. Xoşa gəlməyən sızanaqlar, ləkələr, dərinizin solğun rəngi qidaları qarışdırmağımızın nəticəsidir. Biz belə dəri istəyirikmi?
Əlbəttə, yox! Ona görə də gündəlik menyumuzda omeqa 3, 6, 9 ilə zəngin qida sayılan balığı, yaşıl və qırmızı rəngli meyvə və tərəvəzləri (antioksidantlar mənbəyi), taxıl məhsulları (həzmi yaxşılaşdırır və toksinləri kənarlaşdırır) olmalıdır. Yeri gəlmişkən bəzi qidalar var ki, onları təkcə daxilə qəbul etməklə kifayətlənməyib maska və skrab hazırlamaqla da dərinizin sağlam görünüşünü əldə edə bilərsiniz.
Yulaf
Daxilə: Yulaf lopaları meqapolislərdə yaşayanlar üçün çox faydalı bir qidadır. Onun tərkibindəki mikroelementlər bağırsağın işini aktivləşdirir, maddələr mübadiləsini normalaşdırır, bədəndən şlakları və toksinləri xaric edir. Sağlamlıq qidalanmadan aslıdır, tutulmuş məsaməli, sızanaqlı hansı sağlam dəridən danışmaq olar?
Xaricə: Yulaş əsaslı skrab maska üz dərisini təmizləmək üçün çox yumuşaq bir vastədir. Yulaf lopalarını bir az suda isladıb (arzuya görə bal da əlavə etmək olar) məhsulu dairəvi hərəkətlərləüz dərisinə çəkmək və bir neşə dəqiqə saxlamaq lazımdır, üzün sağlam dərisi təmin olunacaq.
Yaşıl çay
Daxilə: Yaşıl çayın bir sıra üstün cəhətləri var, rahatlıq bəxş edir, qan təzyiqini normallaşdırır, ən əsası, çox böyük təbii antioksidantdır. Orqanizmi stressdən qoruyur, dərinin yaşlanmasını ləngidir.
Xaricə: Hamı bilir ki, 2-3 dəqiqəlik çay kompresi ləkələri azaldır. Bunula belə yaşıl çayı qəliblərdə donduraraq hər səhər üzünüzü onunla silə bilərsiz. Bu cür sadə ritual həmən andaca dəriyə təravətli görünüş verir və onu enerji ilə doldurur.
Nar
Daxilə: Nar daha bir təkrarolunmaz antioksidantdır. Əgər bu meyvəni təbii halda yeməyi xoşlamırsınızsa, o zaman onun şirəsini için. Bu həm dadlıdır, həm də faydalı.
Xaricə: Dermatoloqlar meyvədən skrab maska kimi istifadəni tövsiyə edirlər, həftədə 2 dəfə meyvə gilələrindən hazırlanmış maska dərinin müdafiə gücünü artırır. Nar gilələri təmizlənir və yulafla qarışdırılır, antiseptik vasitə kimi bal əlavə edilib dəriyə çəkilir,10 dəqiqədən sonra iliq su ilə yuyulur. Dərini cavanlaşdırmaq üçün yarım stəkan nar suyu 2 x.q. qatıq, yulaf unu ilə qarışdırıb göz ətraflarından başqa uzun hər yerinə və istəyə görə boyuna çəkilib 15-20 dəqiqə saxlanılır.
Limon
Daxilə: Limon C vitamini xəzinəsidir. Bu orqanizmi enrji ilə təmin edir və immuniteti gücləndirir.
Xaricə: Məşhurlar da üz dərisini ağartmaq üçün limon şirəsindən istifadə edir. Bu ona görədir ki, limon ferment və meyvə turşuları ilə zəngindir, onlar ölü hüceyrələri təmizləyir, epidermisi yeniləyir. Sitrus şirəsi soyuqdəyməni götürür və yağlı təbəqəni aradan qaldırır.
Zeytun yağı
Daxilə: italiyanlar nahaq yerə zeytun yağını özlərinin gözəllik sirri və cavanlıq iksiri adlandırmayıblar. Zeytun yağı omeqa-3 və omeqa-6 yağı turşuları ilə olduqca zəngindir, bunlar da dərinin özünü yeniləməsini təmin edərək saç və dırnaqların strukturunu bərpa edir.
Xaricə: Əsası zeytun yağından ibarət olan bir çox maskalar məlumdur. Ən yaxşısı isə onu heç bir vastə ilə qarışdırmadan təmiz üz dərisinə masaj hərəkətləri ilə çəkmək və 5-10 dəqiqə saxlamaqla iliq su ilə üzü yumaqdır. Quru üz dəriləri indi, qışın şaxtalı vaxtlarında belə maskanı hər gün edə bilərlər.
Daxilə: Qatığın tərkibində faydalı laktobakteriyalar var. Onlar probiotiklərdir və həzmi yaxşılaşdırır və maddələr mübadiləsini surətləndirir, yaxşılaşdırır. Bağırsaqlar yaxşı işləyirsə, demək dəri də sağlamdır bu 100% belədir. Ona görə də gün ərzində bir stəkan ayran işməyi unutmayın. Əsas odur ki, o şəkərsiz, aromasız olsun.
Xaricə: Qatıqdan hazırlanmış maskalar hər dəri tipinə uyğun gəlir. Süd turşuları hüceyrələri yeniləyir və üz dərisinin rəngini bir ton açıqlaşdırır.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR