Duz nədir və nə üçündür?
Ağ kristal forması ilə süfrələrimizdə yer alan duz kimyəvi olaraq natrium və xlordan ibarət minerallarla zəngindir. Suda həll oluna bilən bir üstünlüyə malk olan duza, dənizlərdə parçalanmış halda, qaya duzu şəklində, və ya göl yataqlarında təbii formada rast gəlmək olur. Müxtəlif əməliyyatlardan keçirilərək süfrə duzu vəziyyətinə gətirilir və duzqabılarda özünə yer edir.
Süfrə duzu insanın sağlamlığı baxımından çox əhəmiyyətlidir. Çünki bədən mayesinin təzyiqini tənzimləmək üçün Natrium mineralı lazımlıdır.
Duzla natrium eyni şeydir?
Süfrə duzu ilə natrium hər nə qədər eyni şey kimi düşünülsə də, əslində fərqlidirlər. Natrium süfrə duzunun tərkibində yer alan bir maddədir duzun 40%-ni təşkil edir.
Süfrə duzu nə qədər lazımlıdır?
Vücudumuzdakı muvazinəti qorumağımız üçün duz qəbul etməyimiz çox vacibdir. Kalium mineralı ilə birlikdə vücudda öz xüsusiyyətləri olan natrium-kaliumla köməkləşib hüceyrələrin daxilində və xaricində yer alan mayenin eyni bərabərdə paylanmasını tənzimləyir.
Süfrə duzunu lazım olduğundan az qəbul etmək, qusma, yaddaş zəifliyi, ağrılara zəmin yarada bilər. Bununla yanaşı, natriumun çatışmazlığı tənəffüs sisteminin pozulmasına yol açır. Duzu həddindən artıq qəbul etmək isə şiş xəstliklərini yaradaraq, qan dövranının sürətlənməsinə də yol açır
Duzla təzyiq arasında hansı əlaqə var?
Lazımından artıq duz qəbulu təyziqi qaldıra bilər. Lakin bu qayda hər kəs üçün keçərli deyil. Çünki natrium vücudda toplanarkən orada həmişəlik qalmır, idrar, tər vasitəsi ilə vücudu tərk eləyir. Amma bəzi orqanizmlər natriuma qarşı çox həssas olduğu üçün bədəndə yığılan natrium dozadan artıq qəbul olunmuş duzla birləşərək təyziqi qaldıra bilir.
Yüksək təyziqin yeganə düşmənı duzdur?
Təyziqi yüksək olan insanların tək səbəbkarı duz deyil təbii ki. Belə insanların təzyiqini tənzimləməsi üçün süfrə duzu və ya tərkibində natrium olan digər qidalardan imtina etməyi tövsiyyə olunur. Xüsusi olaraq, hazır qidalar başda olmaqla, bir çox yeməklər bilinməyən duz mənbəyidir. Çiy dəniz məhsulları, şorabalar, turşular, duzlu pendirlər, zeytun dənələri və digər bu kimi qidalar əsl duz deposudur. Bu qidalar yüksək təzyiq xəstələri üçün məqbul sayılmır.
Gizli natrium qaynaqlarını yaxından tanıyın.
Ketçup, xardal, soya sousu, bulyonlar, salat sousları, qabartma tozu, hisə verilmiş qidalar, duzlu biskivit və peçeniyeler.
Nələrdə natrium çoxdur?
Dərəotu, yumurta və s. Müxtəlif qidalar var ki, tərkibində natriumun miqdarı kifayət qədərdir.
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Hər sağlam insan bir günə 6 qr-dan artıq duz qəbul etməməlidir. Bu ölçüdə duz 3 çay qaşığı qədər süfrə duzuna bərabərdir. Gündəlik duz ehtiyacımızı biz, yediyimiz xörəklər və çörək vasitəsi ilə ödəyə bilirik. Yəni 6 qr duz üçün oturub duz yeməyə ehtiyac yoxdur.
Getdikcə duzu azaldın.
Duzqabıları rəfdə gizlədin. Yeməyin duzlu olub-olmadığını bilmədən ona duz əlavə etməyin. Həm bir çox insan yeməyin duzunu bəyənmədiyi üçün yox, adətkar olduğu üçün duz əlavə edir. Duzqabını süfrədən ixtisar etməklə gündəlik duz qəbulunu xeyli azlatmış olacaqsız.
Yeməyə daha az duz tökün. Hər dəfə qazana qaşıq-qaşıq duz əlavə etməyin heç kimə bir xeyri yoxdu. Həmin o qaşığı birdəfəlik ləğv edin və bir çimdik duz tökməklə kifayətlənin.
Gündəlik duz normanızı təyin edin. Əgər duzu azaltmaqda çətinlik çəkirsinizsə, bunu sistemə sala bilərsiniz. Məsələn hər səhər bir boşqaba 3 çay qaşığı duz töküb bütün gün bu duzdan istifadə edin. Lakin başdansovdu etməyin. Bütün yeməkləri duzsuz bişirin, duzu olmayan çörəklər alın.
Hər şey duzsuzdur deyə ruhdan düşməyin. Yeməklərinizə başqa üsulla dad qatmağı sınayın. Əgər duzu tərgitməkdə çətinlik çəkirsinizsə, yeməklərinizə dad qatmaq üçün fərqli üsullardan istifadə edin. Ədviyyatlar və ətirli otlardan istifadə həm ağız dadınızı dəyişəcək, həm də duz alışqanlığınızdan xilas olmaq üçün sizə kömək edəcək.
Alış-veriş vaxtı...
Etiket oxumağı vərdiş halına gətirin. Satışda o qədər süfrə duzu var ki, seçim edərkən çətinliklə qarşılaşmamaq üçün etiketlərini diqqətlə oxuyun.
Çöldə yemək yeyərkən.
Hansı yeməklərin tərkibində natriumun çox olduğunu öyrənin. Fast-food tipli yeməklər bu baxımdan birinci yerdə ola bilər. Souslar, qızartmalar, duzla daha zəngindir.
Lakin sadəcə duzların yox, şirniyyatların da tərkibində natriumun olduğunu unautmayın. Xəmir şirniyyatlarının duz ehtiyatı çox ola bilir. Bu baxımdan duzluluq səviyyəsi az olan dondurmalar, meyvə quruları daha məqsədəuyğundur.
Restoranda balıq yeməyi sifariş edərkən balığın təzə yaxud duzlanmış olduğunu dəqiqləşdirin, sonra isə seçiminizi edin. Duzqabı süfrədə olduğu müddətcə sizi cəlb edib yoldan çıxara bilər. Ona görə də ilk iş ofisiantdan o duzqabını süfrədən götürməsini istəməyiniz olsun.
Yodlaşdırılmış duzdan istifadə edin.
Yod çatışmazlığı dünyada yayılan və qarşısı alınması mümkün olan əqli geriliyin əsas səbəbidir. Hamilə anada yod azlığı uşaqsalmaya, və ölü doğulmasına səbəb ola bilər. Böyümə və inkişaf mərhələsində isə ciddi əqli problemlərə yol aça bilər. Yod mineralının ən zəngin mənbəyi dəniz məhsullarındadır. Yodlu məhsulların azlığını nəzərə alsaq, yodlaşdırılmış duzun nə dərəcədə əhəmiyyətli olduğunu başa düşərik.
Duz alarkən və saxlarkən diqqətli olun.
Qapaqlı qaranlıq qutularda satılan duzları satın alın. Işıq keçən qablaşmada olan duzların tərkibindəki yodlar sovrulur. Aldığınız duzun kristallaşmadığına diqqət yetirin. Duzqabınızı şəffaf şüşə qabdan seçməyin, əksinə tünd rəngli şüşələrdə quru və sərin yerdə mühavizə edin. Duz saxladığınız qaba bir miqdar düyü əlavə edin. Düyü nəmi çəkərək duzun nəmlənməsinin qarşısını alacaq.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR