Yer səthinin quruluşu relyef adlanır. Rülyefi geomorfologiya elmi öyrənir. Relyef formaları böyüklüyünə görə beş yerə bölünür:
1. Planetar-materiklər, okean çökəklikləri, quruda və okeanda nəhəng sıra dağlar və düzənliklər.
2. Meqaforma-Qafqaz, Alp, Ural dağları, Xəzəryanı, Mesopatomiya, Qərbi Sibir ovalıqları və s.
3. Makroforma-meqarelyefin böyük hissəsidir. Məsələn: Böyük Qafqazda Yan silsilə, Kür-Araz ovalığında Şirvan düzü və s.
4. Mezoforma-Çay dərəsi, yarğan, qobu, dağ tirəsi, təpə və s.
5. Mikroforma-vulkan krateri, karst qışı, barxan, gətirmə konusu və s.
Əsas relyef formaları dağlar və düzənliklərdir. Zirvəsi, yamacları, ətəkləri aydın nəzərə çarpan və nisbi hündürlüyü 200 m-dən çox olan relyef forması dağ, 200 m-dən az olan relyef forması isə təpə adlanır. Dağ zirvələrini birləşdirən xətt suayrıcı, suayrıcının keçid üçün əlverişli olan yeri isə aşırım adlanır. Şiş uclu dağ zirvəsi pik adlanır. Suayrıcı ilə ətək arasında qalan meyilli sahə yamac adlanır. Quruda ən hündür dağ sistemi Himalay (Comolunqma-8848m), ən uzun dağ sistemi isə And (9000 km) dağlarıdır.
Mənbəyinə görə dağlar iki əsas qrupa bölünür: Tektonik (Qırışıq-Alp, Himalay, Karpat və s. Qırışıq-faylı-Ural, Appalac, Skandinaviya və s.) və vulkanik (Kazbek, Elbrus, Savalan, Vezuvi və s.) dağlar.
Mütləq hündürlüyünə görə dağlar üç yerə bölünür:
1. Alçaq dağlar-hündürlüyü 1000 m-ə qədər olan dağlar: Qobustan, Ələt, Qazaxıstan alçaq dağları və s.
2. Orta yüksəklikli dağlar-hündürlüyü 1000-2000 olan dağlar: Ural, Appalaç, Böyük Suayrıcı və s.
3. Yüksək dağlar-hündürlüyü 2000 m-dən çox olan dağlar: Qafqaz, Himalay, And, Kordilyer və s.
Arxey, Proterozoy və Paleozoy eralarında yaranmış dağlar qədim (Baykal, Kaledon, Hertsin qırışıqlıqları), Mezozoyun sonu və Kaynazoy eralarında (Mezozoy və Alp qırışıqlıqları) yaranmış dağlar isə cavan dağlar hesab olunur. Cavan dağlar, əsasən, litosfer tavalarının sərhədində (geosinklinal qurşaqlarda) yerləşir.
Yer səthinin nisbətən hamar sahələri düzənlik adlanır. Düzənliklər mütləq hündürlüklərinə görə üç qrupa bölünür.
- Ovalıq: mütləq hündürlüyü 200 m-ə qədər olan düzənlikdir. Okean (dəniz) səviyyəsindən aşağı olan ovalıqlar çökəklik adlanır. Yer kürəsinin ən böyük ovalıqları: Amazon, Missisipi, Orinoko, La-Plata, Atlantik sahili, Meksika sahili, Mesopotamiya, Hind-Qanq, Kür-Araz, Qərbi Sibir, Orta Dunay, Aşağı Dunay, Xəzəryanı, Turan, Mərkəzi Avstraliya və s.
- Yüksəklik: mütləq hündürlüyü 200-500 m arası olan düzənlikdir. Bunlara misal olaraq Mərkəzi, Böyük (Şimali Amerika), Şərqi Avropa, Gəncə-Qazax və s. misal göstərmək olar.
- Yayla: mütləq hündürlüyü 500 m-dən çox olan düzənlikdir. Tibet, Anadolu, İran, Kolorado, Efiopiya, Şərqi Afrika, Orta Sibir, Dekan, Qarabağ, Braziliya, Qviana, Pataqoniya, Meksika, Qərbi Avstraliya və s.
Düzənliklər mənşəyinə görə iki qrupa bölünür:
1. Akkumulyasiya düzənlikləri: səthi çökmə süxurlarla örtülmüş hamar, azmeyilli düzənliklərdir (Kür-Araz, Amazon və s.).
2. Denudasiya düzənlikləri: süxurların aşınması və parçalanması nəticəsində qədim dağların yerində yaranmış düzənliklərdir (Ərəbistan, Dekan və s.).
Düzənliklər səth quruluşuna görə hamar, maili, qabarıq, batıq və dalğavari olur.
Yer səthindəki süxurların xarici proseslərin təsirindən parçalanmasına və kimyəvi dəyişməsinə aşınma deyilir. Aşınma üç cür olur:
A) Fiziki aşınma səth temperaturunun kəskin dəyişməsi və küləyin təsirindən yaranır.
B) Kimyəvi aşınma süxurların suda həll olaraq tərkibinin dəyişməsindən yaranır.
C) Üzvi aşınma canlı orqanizmlərin süxurlara təsirindən yaranır.
Səth (axar) sularının təsiri ilə yaranan (eroziya prosesləri) relyef formaları: çay dərəsi, gətirmə konusu, delta, terras, subasar, astana, şəlalə, meandr, yarğan, qobu, kanyon.
Buzlaqların təsirindən yaranmış (ekzarasiya prosesi) relyef formaları: moren tirəsi, troq dərəsi, sirk, kar.
Yeraltı suların təsirindən yaranmış (karst prosesi) relyef formaları: mağara, karst qıfı.
Küləklərin təsirindən yaranmış (eol prosesləri-deflyasiya) relyef formaları: barxan, dyun, qum tirələri.
Dəniz dalğalarının təsirindən yaranan (abraziya prosesi) relyef formaları: qum tirələri, dəniz terrasları.
Canlı orqanizmlərin təsirindən yaranan relyef formaları: mərcan adaları (atollar) və riflər.
Okean dibinin relyefi
Okean dibində olan düzənliklər iki əsas qrupa bölünür:
1. Materik dayazlığı (şelf düzənlikləri) 200 m-ə qədər dərinlikləri əhatə edən materik tipli Yer qabığının okean suları ilə örtülmüş kənar hissələridir. Səthi hamar və az meyillidir. Materik mənşəli Yer qabığına malikdir. Fiziki xəritələrdə açıq mavi rəngdə təsvir olunur. Şimal Buzlu okeanın 1/3-ni əhatə edir. Okeanın ən çox istismar (neft-qaz hasilatı, balıqçılıq və s.) olunan hissəsidir.
2. Okean yatağı (abissal düzənlikləri) düzənlikləri 3000-6000 m dərinlikləri əhatə edir. Yer kürəsinin 50 %-ni tutur. Okean tipli Yer qabığına malikdir.
Okean dibində yerləşən dağlar rift adlanır. Okean dibinin 15 %-ni Orta okean dağ silsilələri tutur. Bu dağlar divergent sərhəddə yerləşməklə ümumi uzunluğu 70.000 km-dən artıqdır.
Okeanın ən çox dərinliyə malik olan ensiz hissələri okean çökəkliyi və ya nov adlanır. Məsələn: Sakit okean-Marian novu: 11022 m
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün ulduz falı - 17.08.2013
Bir oğlanın sevdiyini necə bilmək olar?
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Hamiləlik dövründə faydalı olan qidalar
Milli Qəhrəman orden aldı
"Arşın mal alan" Marionet teatrının səhnəsində
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Buse Varolun geyimi tənqid olundu-FOTO
Baş nazirdən riskli vergi ödəyiciləri barədə QƏRAR
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Sevdiyinizlə münaqişə edərkən bunları etməyin!
Məşhur model göz qabaşdırdı-FOTO
Payız və qış gəlinləri üçün saç modelləri
Bakı küləyi yük maşınını aşırdı
Sevgililər günü üçün hədiyyələr
Cəbhə xəttində erməni təxribatı davam edir
Bakıda 8-9 ballıq zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA
Yeni il dekorasiyası
Qadın.Net xanımlarının "Sevgi hekayəsi"
"Xanım kaprizi" tortu (foto resept)
Prezidentdən vacib sərəncam
Viktor Hüqonun yeni əsəri tapıldı
Qaçış - gözəllik və həyat hərəkətdədir...
Fotoşopsuz sənət
Bu kəşf insanı uzun ömürlü edəcək
Azərbaycanda doğum səviyyəsi artıb
Tanınmış obrazlar fərqli qələmdən
Oxatan bürcünün 8 xarakterik xüsusiyyəti
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Bu qiymətə ayaqqabı olar?
Prezident İlham Əliyev "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nda dəyişikliklər etdi
Türkiyədə zəlzələ olub
Bakıda mənzil bahalaşıb
Kökəlməyin sirləri
Tanınmış aktrisa xəstəxanalıq oldu-SƏBƏB
HAVA necə olacaq? 21 Mart
Bergüzar bacısına qadağa qoydu
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR DƏYİŞDİ
Əhalinin sayı açıqlandı
Krab salatı (foto-resept)
Dünyada aclıq başlayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bakı bulvarının əsas pirsi bağlandı - SƏBƏB
Viza rüsumu ləğv olunur
Bədən və beyin arasındakı əlaqəyə söykənən 5 üsul
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Ehtiyatlı olun: Həyatınızı itirə bilərsiniz
Misir Mərdanov Mikayıl Cabbarovdan danışdı
- ŞƏRHLƏR