Əvvəlcə dünyaya göz açdım, həyata təmiz pəncərədən baxmaq üçün... Xoşbəxt bir ailə istərkən əvəzində atamı itirdim, o zaman onun sifət cizgilərini yadımda saxlaya bilməyəcək qədər körpə idim... Uşaq evi-bura mənim həyata döyüşçü kimi hazırlayan bir məktəb idi. Burda ac qalmamaq üçün boyumuz qısa, gördüyümüz işlər isə böyük idi. O zaman biz bu həyat tərzinə nifrət etsək də, hardan bilərdik ki, bu yaşam tərzi nə vaxtsa, kiməsə möhtac olmamağı bizə öyrədəcək... Uşaq evi bizə hər şeyi öyrətsə də, bir şeyi öyrətmədi, hansı ki, hər uşağa o lazım idi, hər bir uşağın onu dadmağa ehtiyacı var idi, hiss etməli idi.
Biz bu dünyada yaşayarkən ana məhəbbətini hiss etmədik, ana məhəbbətini hiss edərkən isə dünyada yaşamırdıq... Mən də istərdim yuxudan səssiz, səmirsiz oyanmayım, mənim anam oyatsın yuxudan, ''Dur bala, səhər açıldı.'' desin mənə. Amma o səsi eşitmədim. Siz bəlkə də bezərdiniz ananızın sizə ''Evə gecikmə, tez gəl.'' deməyindən, amma kaş mən anamdan heç bir sözü yox, sadəcə o sözü eşidərdim, təki eşidərdim...
Bizim də bir günümüz xoş, bir günümüz acılarla keçirdi. Şahmatdakı atın gedişi kimi, bir gediş ağ xanaya, o biri gediş isə qara xanaya düşürdü. Biz orada bir cümləni tez-tez eşidirdik, ''Hər qaranlıq gecənin işıqlı bir sabahı var''. Amma biz o işığı görə bilmədik...
Beləcə, ümidlərlə yaşayaraq o işığı gözlədik, amma gəlmədi o işıq, görə bilmədik o işığı. Bəzən uzaqlarda kiçicik bir işığı görürdük, qaçırdıq ona sarı, biz qaçdıqca o işıq böyümək əvəzinə kiçilirdi. O işığa hər yaxınlaşdığımızda gözdən itirdi, yox olurdu...
Mən bu sözləri demirəm ki, kimsə mənə acısın, mən bu sözləri deyirəm ki, öz valideynlərinizin qədrini o yanınızdaykən bilin.
Hər gününüzü ömrünüzün son günü kimi yaşayın, hər aldığınız nəfəsin qədrini bilin. Sən anasız böyümək nədir bilirsənmi? Sən hər yuxudan duranda baş ucunda ananı görməməyin necə bir hiss olduğunu bilirsənmi? Allah eləməsin ki, biləsən... Sən bir ailən olduğu üçün hər yatanda Allaha şükr etdinmi? Sən yalnızlıq nədir bilirsənmi?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qələmlə sənət əsəri yaratmaq
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Cemli peçenye (foto resept)
Azərbaycanda ahıl vətəndaşlarla bağlı layihə hazırlanır
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Azərbaycanda sentyabr ayının hava proqnozu açıqlandı
Uşaqlar üçün ad günü tortları
Azərbaycanda bir sıra kitabxanalarda "Wi-Fi" zonaları yaradılıb
Rəngarəng rulet (foto resept)
Günün qoroskopu - 01.11.2013
Qırıcılar Yəməni bombaladı: 45 ölü
Mikroelementlər-1
Ərzaq qiymətlərində süni artımın qarşısının alınması üçün TƏKLİF
Rəsmi Bakı Britaniyaya cavab verdi
Dünya çempionatının final gecəsi 346 avroya
Dodaq boyasından düzgün istifadə yolları
Kişiləri necə cəlb etməli?
Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub
Səhv etmişəm?
Siz hansı bürcün xarakterindəsiniz-TEST
"İki üzlü" pişik görənləri çaşdırır (FOTO)
Keçmişin gözəllik standardları
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü
Sevgililər üçün gözəl köynəklər
Məşhur ailə villanı sata bilmir - FOTO
Kəlbəcərin Xudavəng monastrında ibadət etmək istəyən udilərin erməni keşişlərlə mübahisəsi yarandı - VİDEO
Bu günün hava proqnozu
Zəlzələ köhnə binalar mövzusunu yenidən gündəmə gətirdi
Azərbaycanın tanınmış rəssamı vəfat etdi
Yumurtalıq xərçəngi
Əncirli keks (foto-resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Qaragiləli dondurma (foto-resept)
Mart gəldi, dərd gəldi?
Azərbaycan generalları (1)
Selena Gomes çimərlik kolleksiyası təqdim etdi-FOTO
Gədəbəydə müəmmalı yanğınlar: "Gecə yata bilmirik"
Heyvanlar haqqında maraqlı məlumatlar
Müəllimlərin diqqətinə: yeni qaydalar
Rusiyanın Ən Varlı Qadını Odur - FOTO
Bu gündən Azərbaycanda bu iş yerləri açılır - SİYAHI
Üslubunuz?
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş humanitar aksiya
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
General salatı
Alsam, alsam, nə alsam?..
Bakıya qar yağacaq
Təhsil Nazirliyi 913 nəfərə yol açdı, yanvarda imtahandır
I Avropa Oyunlarına medianın akkreditasiyası müsbət qiymətləndirilib
Bu gün bu yollar bağlı olacaq - məşəl Bakıya gəlir
- ŞƏRHLƏR