Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Züleyxa Seyidməmmədova
(1919-1999)
Züleyxa Həbib qızı Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olub. 1934-cü ildə orta məktəbi bitirən Z.Seyidməmmədova M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olub. Ailəsi onun institutu bitirib Bakı zavodlarının birində mühəndis kimi çalışacağını düşünürdü. İnstitutda oxuduğu dövrdə Züleyxa Azərbaycanın ilk tələbə aeroklubuna yazılır və təyyarələrdə uçmağı öyrənir. O dövrdə respublika rəhbərliyi aviasiyanın inkişafına böyük diqqət yetirir, yaxşı anlayırdı ki, bu gün aeroklubda vaxt keçirən tələbələr sabah hərbi və ya mülki aviasiya sıralarına daxil ola bilərlər. Dərslərə böyük həvəslə yanaşan Züleyxa Seyidməmmədova sonralar Azərbaycanın ilk qadın təyyarəçilərindən oldu.
Təyyarəçiləri havaya buraxmazdan əvvəl onlar paraşütlə davranmağı öyrənirdilər. Paraşütçülük dərslərinə böyük diqqət yetirən Z.Seyidməmmədova idman yarışlarında da iştirak edirdi. İnstitutun son kursunda o artıq Bakı aeroklubunda paraşütçü-təlimatçı işləyirdi. 1935-ci ildə paraşütçü-təlimatçı kimi Rusiyaya göndərilən Z.Seyidməmmədova Moskvada paraşütçülərin ilk ümumittifaq toplantısında iştirak edib. Şərq, müsəlman qadınının cəsarətlə paraşütlə tullanması hamıda heyrət doğurur, o dövrün mətbuatı bu faktları sensasiya kimi qiymətləndirirdi. Sovet dövlətinin rəhbərləri ilə paraşütçülərin görüşündə İ.Stalin, S.Orconikidze, M.Kalinin və b. azərbaycanlı qadının cəsarətinə heyran qalmışdılar. O dövrdə Z.Seyidməmmədovanın fəaliyyəti sovet quruluşunun nailiyyəti kimi qeyd olunur, mətbuatda geniş şərh edilirdi.
1938-ci ildə institutu mühəndis-neftçi peşəsi üzrə bitirən Z.Seyidməmmədova artıq peşəkar təyyarəçi olmaq qərarına gəlir. Sakit, stabil həyatı, o dövr üçün prestijli vəzifəni qoyub Moskvaya yollanır və SSRİ aviasiya kadrları hazırlayan ən mötəbər elm və təhsil ocağı olan N.E.Jukovski adına Hərbi Hava Akademiyasının şturman fakültəsinə daxil olur. Müharibə başlayanda Hərbi Hava Akademiyasını bitirən Z.Seyidməmmədova akademiyada qalmaq təklifini almış, təklifi qəbul edərək müəllim kimi çalışmışdır. O, Moskvanı havadan qoruyan və əsasən akademiya işçilərindən və müdavimlərindən təşkil edilən qırıcı təyyarəçi alayına göndərildi, qırıcı eskadrilyasında şturman vəzifəsində çalışmağa başladı.
Müharibənin ilk dövründə sovet rəhbərliyinin buraxdığı səhvlər ucbatından sovet aviasiyası böyük itkilər vermişdi. Müharibənin ilk günü 1200 təyyarə məhv edilmişdi ki, onların da böyük əksəriyyətini almanlar elə aerodromlardaca bombalamışdılar. Təyyarəsiz qalmış pilotlar piyada hissələrin tərkibində döyüşlərdə iştirak edir, bir çoxu həlak olurdu, bu isə sovet aviasiyasına daha bir zərbə idi. 1941-ci ilin payızında, cəbhələrdə ağır döyüşlər gedən dövrdə qadınlardan ibarət hərbi təyyarə hissələri yaratmaq ideyası yarandı. Mülki və hərbi aviasiyada çoxlu qadın var idi, lakin onlar döyüşlərə göndərilmirdilər. Arxa cəbhədə yeni aviasiya məktəbləri və kursları açmaq, onların müdavimləri təyyarəçi kimi hazırlıq keçdikdən sonra qadın aviasiya hissələrini geri çağırmaq olardı. Bu ideya qəbul edildikdən sonra onun həyata keçirilməsi istiqamətində əməli iş aparılmağa başlandı.
Qadın təyyarəçilərin sayı 3 aviasiya alayını yaratmağa imkan verirdi. Qısa müddət ərzində qırıcı, həmlə, yüngül bombardmançı (gecə bombardmançıları) alaylarını yaratmaq qərarı qəbul edildi. İndiyədək dünya aviasiyası tarixində qadınların hərbi aviasiyaya qəbul edilməsi təsadüfi hallarda baş vermişdi, sırf qadınlardan ibarət aviasiya hissələrinin yaradılmasından isə söhbət belə gedə bilməzdi. Tapşırığı yerinə yetirmək ən məşhur sovet təyyarəçilərindən olan M.M.Raskovaya tapşırıldı. SSRİ-də ilk qadın-şturman, ən məşhur rekord uçuşlarının iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı M.Raskova hərbi aviasiyaya aidiyyəti olan qadınları ətrafına topladı və onların köməyi ilə mülki aviasiyada işləyən, həmçinin aeroklubları təzəcə bitirən qadın təyyarəçiləri Moskva ətrafında yerləşən aerodromların birində toplamağa başladı. Ona bu işdə bir neçə təcrübəli təyyarəçi qadın, o cümlədən Z.Seyidməmmədova kömək edirdi.
Qırıcı eskadrilyanın şturmanı Züleyxa Seyidməmmədova 1941-ci ilin oktyabrında M.Raskovanın sərəncamına göndərildi. Qadınlardan ibarət qırıcıların seçilib hazırlanmasına o cavabdeh idi. Artıq 1941-ci ilin noyabrında şərti adı "122- ci aviasiya qrupu" olan hərbi hissə təşkil edildi. Onun tərkibinə 586-cı qırıcı alay, 587-ci bombardmançı alay, 588-ci gecə bombardmançı alayı daxil idi. 1942-ci ilin
yazınadək alayların şəxsi heyəti gərgin məşqləri davam etdirdi.
Z.Seyidmommədova 586-cı qırıcı alayın şturmanı oldu. Alay 144-cü aviasiya diviziyasının tərkibində döyüşlərə atıldı. Stalinqrad uğrunda gedən döyüşlər, Voronej, Kostroma üzərində gedən döyüşlərdə Züleyxa Seyidməmmədova təkcə alayın şturmanı kimi deyil bilavasitə təyyarəçi kimi iştirak edirdi. Həmçinin, hər döyüşdən əvvəl təyyarəçilərin təlimatlandırılması, öyrədilməsi onun vəzifəsi idi. 1943-cü ilin yayında o, Kursk üzərində döyüşlərdə iştirak etdi. Bıırada gedən qızğın hava döyüşlərində faşist Ahnaniyasının ən məşhur aviasiya hissələri məhv edildi. Səma döyüşlərində çox vaxt radioefirdə "Sokol" ("Şahin") çağırışını eşitmək olardı. Bu Z.Seyidməmmədovanın çağırış kodu idi.
586-cı qırıcı alay Volqadan Vyanayadək döyüş yolu keçdi, 4419 döyüş uçuşu keçirdi, 125 döyüş apardı, 38 alman təyyarəsi vurdu. Şəxsən 500 döyüş üçuşu keçirən Z.Seyidməmmodova bir neçə alman təyyarəsini vurmuşdu. Qələbədən sonra qadınlardan ibarət aviasiya hissələri ləğv edildi. Züleyxa Seyidməmmədova da 1945-ci ilin dekabrında kapitan rütbəsində istefaya çıxdı və Azərbaycana qayıtdı.
1946-cı ilin əvvəlində Z.Seyidməmmədova Bakı şəhər Partiya Komitəsində işə qəbul edildi. Sonralar o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi İcraiyyə Komitəsi tərkibində müxtəlif məsul vəzifələrdə işləməyə başladı. Xarakterinə xas qətiyyət, müharibə illərində qazandığı insanları səfərbər etmək, təşkilatlandırmaq qabiliyyəti ona çox kömək edirdi. Ona tapşırılan bütün işləri canla-başla yerinə yetirirdi.
1952-1974-cü illərdə o, Azərbaycan SSR sosial təminat naziri vəzifəsində işləmişdir. 1970-ci ildə "Təyyarəçi qadının qeydləri" kitabı işıq üzü görmüş və rəğbətlə qarşılanmışdır. O, Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" və başqa orden və medallarla təltif edilmişdir.
Züleyxa Seyidməmmədova 1999-cu ildə vəfat etmişdir.
XƏBƏR LENTİ
İncə naxışlı gəlinliklər
Məşhur ulduz aşpaza ərə gedir-FOTO
Kölgələri tap
ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı
Hamiləliyin 9-cu ayında nələr olur?
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Zövqlü don modelləri
Noyabrda 3 gün istirahət olacaq
Diş fırçanızı vanna otağında saxlamayın!
Yuxunu qaçıran kölgə
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Prezident və xanımı açılış mərasimində - FOTO
Bu şəhərdə internet pulsuz olacaq
Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay
Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR
Uşaqlara qiraəti sevmək üçün necə kömək etməli?
Kim Çen In həyat yoldaşını edam edib?
Uşaqlar üçün 5D yataq örtükləri
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Adelin günlük qazancı hər kəsi heyrətləndirdi
Azərbaycanlıların Ermənistana qarşı Avropa məhkəməsi
Məşhur aktrisa "UNO" gördüyünü etiraf etdi
Ən populyar dil seçildi
Dünyanın ən qapalı ölkəsi
"Gecə"salatı (foto resept)
Qəlbi titrədən ən qısa hekayələr
Bu gündən Azərbaycanda benzinin qiyməti ucuzlaşır
"Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur"
Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
Məşhur aktyor "Kadın"da
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Cəbhədə atəş səsləri
Fıstıqlı krokan (foto-resept)
Rəğaib gecəsi
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı - VİDEO
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Hava kəskin dəyişəcək, qar yağacaq
Ən çılğın selfilər - FOTO
Məşhur model koronavirusdan qorunmaq üçün meşəyə köçür
Meyvələrin tərkibində hansı vitaminlər var?
Bibər sousu (foto resept)
Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
Jhoot Bole Kauva Kaate
Sadə sinikers tortu(foto resept)
Türk sərhədində erməni təyyarələri
Sənədsiz evlər haqda fərman
iPhone 6 haqda xəbər var
Nə qədər sayt işləyir?
Klaç çanta modelləri
- ŞƏRHLƏR