Avraam Linkoln-dahi amerikalı siyasətçi və ABŞ-ın 16-cı prezidenti. O, 1865-ci ildə ABŞ-da quldarlığın ləğvi ilə imzaladığı qətnamə ilə tarixə düşdü. Linkoln sağlığında fəaliyyəti ilə bağlı tənqidlərə məruz qalsa da, o, indiyə kimi amerikalıların ən sevimli prezidentlərindən biridir. Linkoln ucaboylu adam olub. Onun boyu 193 santimetr idi. Müasir dövrdə 193 santimetr boy qeyri-adi görünməyə bilər. Lakin XIX əsrdə yaşayan kişi üçün belə bir boya sahib olmaq nadir hal idi. Onun qoyduğu papaq isə Linkolnu daha da hündür göstərirdi.
Pulunu şlyapasının içində saxlayardı.
Linkoln papağı təkcə dəb naminə qoymurdu. O, hündür şlyapasının içində pul, məktub və digər vacib əşyalarını daşıyırdı. Əbəs yerə onun şlyapasına “baca” adını qoymamışdılar. Şlyapa uzun olduğu üçün borunu xatırladırdı.
Linkolnin oğlu Robert Linkolnin başına tez-tez bədbəxt hadisələr gələrdi. O, həyatında bir çox qətllərə şahidlik edib. Robert haqqında digər maraqlı məlumat: onu qatar altında qalıb ölməkdən Edvin But xilas edib. Edvin But prezidenti qətlə yetirən Con Butun qardaşı idi.
Bütün bədbəxt hadisələrə baxmayaraq, Robert Linkolnin qocalıq yaşına kimi yaşayan yeganə oğlu idi. Prezidentin digər 3 oğulları erkən vəfat edib (Edvard-4, Uilli-12, Ted-18 yaş). Robert 82 il yaşadı.
İxtiraçı prezident
Linkoln öz dövrünün ixtira və texnikalarını xoşlayırdı. O, avadanlığın qurulması və onun mexanizmi ilə maraqlanırdı. Özü də mexanizimlə maraqlandığı üçün 1849-cu ildə şəxsi avadanlığını yaratdı. Bu, üzən gəmi idi. O, öz ixtirasını patenləşdirə də bildi. Lakin maşının hazırlanması tam başa çatmadı.
Özünü tabutda görüb.
Bir çoxları iddia edir ki, Avraam Linkoln ekstrasens bacarıqlara da malik olub. Onun fövqəltəbii bacarığı daha çox ömrünün sonunda özünü büruzə verib. Onun sözlərinə görə, Linkoln güzgüdə ikili əksini görüb. Güzgüdəki ikinci əksi dumanlı görünürdü. Şayiələr gəzir ki, Linkoln ölümündən bir həftə əvvəl, Ağ Evdə yerləşən otaqların birində ağlaşma haqda yuxu görüb. O, yuxuda ağlaşma səsi gələn otağı axtarmağa başlayıb. Nəhayət otağı tapıb və daxil olub. Bu vaxt otağın ortasında tabut görüb. İnsanlardan kimin öldüyünü soruşduqda isə mərhumun prezident olduğunu deyiblər. Tabuta boylanan Linkoln orada özünün uzandığını görüb.
Qara qüvvələrə inanırdı.
Deyilənlərə görə, Linkoln qara qüvvələrə də inanıb. Linkoln qara qüvvələrin varlığını inkar etmirdi. O və arvadı ölən uşaqları ilə əlaqə yaratmaq üçün tez-tez ayinlər təşkil edərdi. Onların əlaqə yaradıb yaratmaması isə məlum deyil.
Linkoln mənəviyyata inanırdı, lakin dindar deyildi. O, özünü həqiqi xristian adlandırsa da, heç zaman inamını tam dəqiqliyi ilə aydınlaşdırmırdı. Onu tanıyan insanların sözlərinə görə, Linkoln heç zaman kilsəyə gedib dua etməyib. Bir dəfə isə insanların kilsədən çox Allahın tərəfində olmasını istədiyini dilə gətirib.
Hər kəs bilir ki, Linkoln qeyri-adi ağıla, idraka və söz sənətinə malik olub. O, bir çoxları üçün əsil natiq idi. Onun nitqləri hələ də qorunub saxlanılır. 1856-cı ildə İllinoys ştatında çıxışından olan nitqi isə saxlanılmayıb. Deyilənə görə, bu nitq ən yaxşısı olub.
Linkoln depressiayadan əziyyət çəkdiyi üçün silah gəzdirməkdən qorxub. O, qorxurdu ki, öz-özünə xəsarət yetirə bilər.
Ona ölümcül yaranı Linkolnın sevimli aktyorlarından biri olan Con Uilks But vurub.
Ölümünə bir saat qalmış imzaladığı sənəd.
Linkoln ilk siyasətçidir ki, qadınların hüquqları haqda danışaraq onların seçkilərdə iştirakını dəstəkləyirdi.
Ölümünə bir saat qalmış Linkoln Məxfi Təhlükəsizlik Xidmətinin yaradılması haqda sənədə imza atıb.
Linkoln uşaqlıqdan balıqçılıq və ovçuluğa nifrət edib. Çünki heyvanların öldürülməsinin əleyhinə olub.
Linkoln ali təhsili olmayan insanlardan biri olub. O, cəmisi 18 ay baza təhsili alıb. Belə ki, Avraam oxumağı sevdiyi üçün vəkil peşəsinə özü yiyələnib. Bunun ardınca isə, Linkoln ABŞ prezidenti seçilib.
17 dəfə basdırılıb.
Linkolndən düzgünlük nümunəsi: gənc yaşlarında mağazası yandığı üçün 1000 dollar ziyan ödəməli idi. O, bu ziyanı 17 il ərzində ödəyib. Linkolinin tabutu 17 dəfə basdırılıb. Bu gah qəbrin rekonstruksiya işləri ilə, gah da təhlükəsizlik naminə olub. Hər halda onun tabutu 6 dəfə açılıb. Nəhayət, 1901-ci ildə ölümündən 36 il sonra mərhum prezidentdən əl çəkdilər. Belə bir inam var ki, Linkolnın ruhu hələ də Ağ Evdə yaşayır.
Lətifə ustası olub.
Linkoln nüfuzlu siyasətçi olmaqla yanaşı, güclü yumor hissinə də malik olub. Günlərin birində diplomatlardan biri ona belə bir sual verib: “Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?”. Linkoln cavab verib: “Bəli, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?”.
Linkolnun vəkil olan dövrlərində ABŞ tarixinə daxil olan belə bir hadisə baş vermişdi: Katibələrdən biri hakimi təhqir etdiyi üçün cərimələnib.
Hadisə belə baş verib: Məhkəmə prosesi gedən zaman Linkoln zala daxil olub. O, katibələrdən birinə yaxınlaşaraq qulağına gülməli hadisə danışıb. Hadisə o qədər gülməli olub ki, katibə özünü saxlaya bilməyərək bərkdən qəhqəhə çəkib. Bundan qəzəblənən hakim ona öz iradını bildirib: “Mən bu tərbiyəsizliyə son qoymağı tələb edirəm. Ona görə də 5 dollar cərimələnirsiniz”. O zaman 5 dollar çox pul hesab olunurdu. Katibə ayağa qalxaraq hakim və zaldakılardan üzr istəyib və cəriməni ödəyib. Həmçinin eşitdiyi lətifənin buməbləğə dəydiyini bildirib. Məhkəmə bitdikdən sonra hakim katibəni yanına çağıraraq Linkolnın lətifəsini eşitmək istəyib.
Katibədən lətifəni eşidən hakim qəşş edib. Güclə eşidiləcək tərzdə “cərimənizi geri götürə bilərsiniz”, - deyə katibədən üzr istəyib .
Təəssüf ki, lətifənin nədən olması məlum deyil.
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Ordumuz itki verməyib
Məşhur cütlük BARIŞDI
Azad olunmuş yerlərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqin ilkin nəticələri açıqlandı
Hicablı qadınlar üçün dəbli kombin tövsiyələri
Valeriya Eminlə başlatdığı biznesindən danışdı
Ingilis Dili-II Dərs
Moruqlu kekslər (foto resept)
2020-ci ildə keçiriləcək "Oskar"ın vaxtı açıqlandı
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dior Payız-Qış 2020 kolleksiyası Paris moda həftəsində
Sinif rəhbəri vəzifəsi ləğv edilir? - RƏSMİ AÇIQLAMA
KÖRPƏNİZ DİŞ ÇIXARIR?
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
"Mucize Doktor"un aktyoru evlənir
"Göbələk meşəsi" salatı (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Operativ Qərargahdan brifinqlərlə bağlı iddialara CAVAB
Ballı, darçınlı alma cipsi (foto-resept)
Madonna "Eurovision"a görə 1 milyon alacaq
Ən çox övlad sahibi olan qadınlar
Azərbaycanda yeni informasiya sistemi
NASA zəlzələ qurbanlarını xilas edəcək
Bu günün hava proqnozu
2020 Nyu-York Moda Həftəsi
Putin Savçenkonu azad etdi
Ədliyyə orqanlarında işləmək istəyirsiniz?
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
Prezident fəxri ad verdi
Payız gəldi...
Bezeli, biskvitli qozlu tort (foto resept)
Ermənilərin Türk Ordusu vahiməsi
Məşhur reperi tənqid etdilər-SƏBƏB
Pozitiv olun
Həyat yoldaşını necə seçməli?
Murat Yıldırımın xanımı görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Toxunma çantalar
Can Yaman Demetlə münasibətinə aydınlıq gətirdi-FOTO
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 44 yeni yoluxma
Daban çatları (1)
1 Apreldə Göygöl Milli Parkında "Açıq qapı" günüdür
Günün qoroskopu: stabillikdən həzz alın
Təlqinlə bədəni gücləndirin
Qarpız alaq, almayaq?
Dünya şöhrətli yazıçının Bakıda yubileyi keçiriləcək
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağrılması haqqında sərəncam imzaladı
Azərbaycanda koronavirusa 1346 yeni yoluxma faktı qeydə alındı: 15 nəfər vəfat edib
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
Dünyanın ən bahalı nişan üzükləri
Ermənilər küçələrə çıxdı
- ŞƏRHLƏR