Son zamanlar ən çox oxunan, dünyada səs-səda yarada bilən qadın yazarlardan biri olan Elif Şafakın "Qara süd" (Siyah süt) əsərində yaxşı müqayisəyə rast gəldim. Əsərdə Elif Şafak iki dahi şairi və onların bacıları haqqında maraqlı fikirlər yazmışdır. Görəsən Fizulinin, yaxud da Şekspirin onlar qədər istedadlı bacıları olsaydı həmin bacılar da ədəbiyyatda, tarixdə qardaşları kimi iz buraxardılar?”
Çətin.....İnanmıram! Çünki nə Füzuli, nə Şekspirin zamanında cəmiyyət qadınla kişidən eyni şeyi gözləmirdi. Bir qızdan cəmiyyətin, yaşlı nəslin gözlədiyi əsas şey 14-15 yaşında, bəlkə də daha tez evlənib, övlad sahibi olmaq idisə, kişilərin bu məsələlərdə azadlığı var idi. Onlar istədikləri vaxt, istədikləri qədər evlənə bilərdilər. Bir qızdan evlənəndə bəkarət gözlənilirdisə, bir kişidən cinsi baxımdan cəmiyyətin (qadının deyil) ciddi bir gözləntisi yox idi. Qadının bakirə olması tək kişini maraqlandırmırdı, bu həm də cəmiyyəti, yəni qohumları, bütün nəsli maraqlandırırdı. Ona görə də qadın bəkarətini hamıya sübut etmək məcburiyyətində qalırdı. Kişilər isə cinsi baxımdan heç kimə, bəlkə də heç həyat yoldaşlarının özünə də nəsə sübut etmək məcburiyyətində deyildilər.
Ona görə də bu gün də qadınları alçaltmaq üçün verilən "niyə tarixdə qadın adı azdır?" sualı sadəcə ədalətsizlikdir. Bəzən isə tarixdə qalan qadınlar haqqında tamamilə yanlış bilgilər ötürülüb.
Bir gün ədəbiyyat tarixinin haqqında səhv fikir formalaşdırdığı üçün üzr istəyəcəyi qadınlardan biri də sevdiyim dahi yazar Tolstoyun həyat yoldaşı Sofiyadır. İllərdir Tolstoyun həyatını məhv edən, onu ömürünün sonuna yaxın evdən qovan, onun səfalət içində ölümünə səbəb olmuş biri kimi tanıdıq Sofiyanı. Əslində hər şey fərqliymiş.
Evli qaldıqları təxminən 50 il boyunca özünü 17 yaş kiçik olduğu həyat yoldaşı Tolstoya və onun yaradıcılığına həsr edib Sofiya. Sofiya Tolstoyla çox gənc yaşlarında evlənib. Özü də bir məktubunda deyirdi: "Yalnız uşaqlığım ona( Tolstoya) aid deyil."
Üçü körpəykən ölən 16 uşaq doğub Sofiya və onların hamısını özü tərbiyə edib, təkbaşına böyüdüb. Əminəm ki, əgər Tostoy 13 uşaqdan birinin böyüməsində Sofiyaya kömək etsəydi, elə güclü əsərlər yazmağa vaxtı qalmazdı.
Tolstoyun Hərb və Sülh, Anna Karenina kimi çox sevdiyim nəhəng romanlarının qaralamalarının ağlamaya köçürüb, həyat yoldaşının demək olar ki, bütün əsərlərinin redaktoru olub Sofiya.
Tolstoya tətbiq olunan senzuraya qarşı mübarizə aparıb, həmişə onun yanında olub, onu dəstəkləyib Sofiya.
Ölümündən sonra Tolstoyun kitabxanasını kataloqa alıb, tərcümələr edib Sofiya.
Bir sözlə, Sofiya Tolstoyun həm cəfakar həyat yoldaşı, həm ilham qaynağı, həm də katibəsi olub.
16 yaşından günlük yazan Sofiya musiqini, incəsənəti çox sevirmiş. Sofiya Tolstoyla bərabər addımladığı 48 ilin sonunu “dəlilər” adlandırdığı bir qrup insanla keçirmək məcburiyyətində qalıb. Və nəhayət, Tolstoy bütün bunların qarşılığında 28 oktyabr gecə çox sevdiği 48 illik arvadını və malikanəsini tərk edib Sofiyanı yalnız buraxıb. Evindən uzaq kiçik bir qatar stansiyasında bu dünya ilə vidalaşıb.
Etdiyi bu qədər fədakarlığa rəğmən ədəbiyyat tarixi niyə belə insafsızcasına, onu qaralayaraq, Tolstoysevərlərin düşməninə çevirib? Bəlkə ədəbiyyat bədbəxt, tək Tolstoy obrazını yaratmaq istəyib? Bilmirəm, ancaq bundan əminəm ki, Sofiyasız heç Tolstoy da nəhəng Tolstoya çevrilməzdi...
Aleksandra Popoffun "Sofya Tolstoy" adlı əsərində inandım onun gerçək həyatına, əsl Sofiya obrazına.....
Bundan başqa keçən il İtaliyada bir nəşriyyat evi Sofiya Tolstoyun 16 yaşından ömrünün sonuna qədər yazdığı günlükləri kitab şəklində çap edib. Kitabda Sofiyanın günlüklərinə əsasən onun Tolstoyla olan münasibəti, xatirələri, ömrünün sonuna yaxın yaşadığı acı günlər yer alıb. Xatırladım ki, kitaba ön sözü Nobel mükafatı laureatı Doris Lessing yazıb. Sofiya günlüyündə yazıb: "42 il Lev ilə bərabər yaşadım, həyatı paylaşdım. Amma hələ də onun necə insan olduğunu anlamamışam".
XƏBƏR LENTİ
Mənim əl işlərim
Üz və bədən üçün maskalar
Qızardılmış meyvə (foto resept)
Gizəm Karacanı makiyajsız tanımadılar-FOTO
Bakıda tikinti şirkətlərinin gəlirləri açıqlandı
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Zabit Azərbaycan səmasında “uçan boşqabdan” danışdı - FOTO
İbrahim Tatlıses paylaşımı ilə diqqət çəkdi
Sürücülərə VACİB XƏBƏRDARLIQ - Avqustun 1-dən başlayır
Üzən şəhər və ya Qiyamət gəmisi hazırlandı
Türk mətbəxindən "Fındıqlı kadayıf" (foto resept)
Göyərti qutabı (foto resept)
İnstagramda 150 minlik təklifə "Yox" dedi-FOTO
Pınar Altuğ hamilədir?-FOTO
Saakaşvili vətəninə qayıdır
Hava haqqında
"Payız uşaqları"nda bu xəstəlik daha çox olur
2020 Nyu-York Moda Həftəsi
Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTO
Türk dili Avropa Şurasında
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Naxçıvanda zəlzələ oldu
Gülben Ergen haqqında ŞOK məlumat
Həkim məsləhətini qulaqardına vurdu, artıq 104 yaşı var
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Qol vuran qazanır!
Bu həftəsonu 5 gün iş olmayacaq
Xalq təbabətindən seçmələr
Putin: "Mən sizi orada un şorbası üçün otuzdurmamışam"
Komendant saatı nə vaxt ləğv olunacaq?
Norveç kralı xəstəxanaya yerləşdirildi
"Whatsapp" haqda bilmədikləriniz
Bu şəxslərin PENSİYA YAŞI ARTIRILDI
Çiyələkli Rustik Tart (foto-resept)
Unikal test ağciyər xərçəngini ən ilkin mərhələdə aşkara çıxarır
Biorevitalizasiya
Selfi həvəskarlarına Göygöldən şad xəbər
O da Facebook-u seçdi
Şəkil çəkdirməyin qadağan olunduğu məşhur turistik məkanlar - SİYAHI
Qəhvə haqqında hər şey
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndinin görüntüləri - VİDEO
Azərbaycan-Rusiya: 3:0
Rəqəmləri birləşdir-1
Miniatür oyuncaqlar
Onu içmə, bunu içmə, bəs?..
Günün qoroskopu: bədbinliyə qapılmayın
Milli komandamız gerilədi
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Sobada somon balığı (foto-resept)
Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə - VİDEO
- ŞƏRHLƏR