Sübut olunub ki, qətl aşağıdakı kimi törədilmişdir:
Şmar, yəni qatil, aylı bir gecədə, saat doqquza yaxın Vezenin, yəni qurbanın öz bürosundan çıxıb evinə dönəcəyi küçənin tininə gəlmişdir.
Axşamın soyuğu adamın canına işləyirmiş. Ancaq Şmar mavi rəngli nazik bir pencəkdə imiş. Ancaq soyuğu hiss eləmirmiş, çünki hərəkətdəymiş. Qətli törətdiyi silahı, yəni yarı qəmə, yarı mətbəx bıçağını əlində bərk-bərk tutaraq hazır saxlayıbmış və ayın işığında ona baxırmış. Bıçağın tiyəsi ay işığında parıldayırmış və bu, Şmara bəs eləməyib. Onu küçənin daş döşəməsinə elə bərk-bərk sürtürmüş ki, qığılcım qopurmuş. Sonra da elədiyinə peşman olub, ayağının birini qaldıraraq o birinin üstündə dayana-dayana onun tiyəsini çəkməsinin qaytanına çəkib, – sanki, skripka çalırmış, – ancaq qulağı da o başıbəlalı küçədə imiş.
Bəs, görəsən, yaxınlıqdakı binanın ikinci mərtəbəsindəki mənzilinin pəncərəsindən bütün bunları seyr edən məmur Pallas gördüklərinə necə dözürdü? İndi gəl insanın xislətini başa düş görüm, necə düşürsən?! Əynindəki ev xalatının yaxalığını qaldırmış, kəmərini də bağlamışdı və başını bulaya-bulaya aşağı baxırdı.
Beş ev o tərəfdə, bu bina ilə üzbəüz başqa bir binada Vezenin arvadı tülkü dərisindən olan xəz paltosunu gecə köynəyinin üstündən çiyninə salaraq, bu gün adəti xilafına, gecikən ərini gözləyirdi.
Nəhayət, Vezenin bürosunun qapısındakı zəng səsləndi və bu səs gecənin bağrını dəldi, elə bil, adicə qapı zəngi deyildi. Çox vaxt axşama qalıb işləyən işgüzar Veze bayıra çıxdı, ancaq özü hələ küçədə görünmədi, yalnız zəng səsindən bilindi ki, çıxdı və həmin dəqiqə də sakit, ahəngdar addım səsləri eşidildi.
Pallas başını irəli uzadıb aşağı boylanır: heç nəyi gözdən buraxmaq olmaz! Frau Veze zəngin səsini eşidən kimi arxayınlaşır, pəncərəni şaqqıltı ilə örtür. Şmar isə dizi üstə yerə çökür, həmin anda sifətindən və əllərindən başqa, açıq yeri olmadığından, onları küçənin daş döşəməsinə sıxır. Hər yer donmuş olsa da, Şmar od tutub yanır…
Veze küçələri kəsişdiyi yerdə dayanır, ancaq çəliyinin ucu artıq yaşadığı küçədədir. Bircə anın hökmünə bax! Gah tünd-mavi, gah da qızılı rəngə çalan səma onu sehirləyib. Heç nədən xəbərsiz, bu səmaya tamaşa edir, əli ilə bir az geri qaçmış şlyapasının altındakı saçlarını sığallayır. Səmada heç nə yerindən qopmur, heç nə bir-birinə dəymir ki, Veze irəlidə onu nə gözlədiyini duysun, hər şey öz müəmmalı, əlçatmaz yerindəcə qalır. Əslində, belə də olmalıdır və Veze yoluna davam edir, Şmanın bıçağına tərəf gedir.
– Veze! – deyə qışqıran Şmar ayaqlarının ucuna qalxır, qolunu lap yuxarı qaldıraraq bıçağı zərblə endirir. – Veze! Yuliya səni nahaq gözləyir!
Sonra bıçağı bir dəfə sağdan, bir dəfə də soldan onun boğazına çəkir, üçüncüdəsə qarnına yeridir. Vezedən qəribə bir səs çıxır, elə bil, su siçovulunu ortadan iki bölürsən!
– Vəssalam! – deyə Şmar bıçağı – qana bələnmiş ağır yükü o biri küçəyə tolazladı. – Bu da susadığım qan! Bu da başqasının qanını görüb yüngülləşmək, pərvazlamaq! Veze, sən ey gecəquşu dostum, pivə yoldaşım, indi bu qaranlıq küçədə əriyib yox olursan! Sən niyə içinə qan doldurulmuş bir tuluq olmadın ki, mən çıxıb üstündə oturanda partlayıb biryolluq yoxa çıxaydın? Bütün arzular yerinə yetmir, bütün şirin yuxular da çin olmur! İndi sənin o ağır cəmdəyin yerdə qalıb, heç tapdalanmağa da dəymir! Axı bu lal sualınla nə demək istəyirsən?
Başdan-ayağa zəhər tuluğu olan Pallas artıq ikitaylı giriş qapısının ağzında dayanıb:
– Şmar! Şmar! Hamısını gördüm! Heç nə gözümdən yayınmadı!
Pallasla Şmar sınayıcı nəzərlərlə bir-birinə baxırlar. Pallas gördüklərindən razı qalmışdı. Şmar isə nə edəcəyini bilmirdi.
Frau Veze qorxu içində küçədəki adamlara qoşulub oraya qaçır. Xəz paltosunun yaxası açılır, özünü Vezenin üstünə atır. İndi yalnız onun gecə köynəyinə bürünmüş bədəni Vezenindir, mərmər sinədaşı kimi ər-arvadın üstünə çəkilmiş xəz palto isə qıraqdan baxanların idi.
Ürəyi bulanan Şmar özünü qusmaqdan güclə saxlayaraq ağzını polisin çiyninə söykədi, polis isə onu buradan tələsik uzaqlaşdırdı.
Tərcümə: Vilayət Hacıyev
XƏBƏR LENTİ
"Özümü ən rahat hiss etdiyim yer hamamdır" - Azər Axşam
Azərbaycanda iki bank bağlandı
Aİ Ermənistan ilə assosiativ sazişi paraflamaq niyyətində deyil
İstanbulun məşhur körpüsü insanlara şok yaşatdı
Universitetlərdə tədris forması ilə bağlı nazirdən AÇIQLAMA
BÜRCLƏR bizə nə vəd edir? - 19 APREL
Məhərrəm ayı ilə bağlı fətva verildi
Rusiya Xəzərdə hücuma hazırlaşır
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
NASA-dan QORXUNC XƏBƏRDARLIQ
250-dən çox insanın ölümünə səbəb olan selfi
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO
Muğannanın ölümündən 1 il ötdü
İşğaldan azad olunmuş Füzulidə bir ilk - VİDEO
Məşhur aktrisa "Mona Liza" əsəri haqqında film çəkilir
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Qozlu tort (foto resept)
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Qazın limiti yanvarın 1-dən etibarən...
Ağır çəkili cütlüyə qəribə qadağa-FOTO
Yeni ilə keçmədən bunları edin
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Prezident xalqı təbrik etdi - Video
Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək
Hamilə olan Fahriyənin son halı - FOTO
Koronavirus palçıqda da tapıldı
Azərbaycanda abidələrlə bağlı ilk
İlham Əliyev sərəncam imzaladı
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Ziynet Sali JLo-dan danışdı tənqid olundu-FOTO
Baharın makiyaj trendi
Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Gülşen geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Fatma Girik xəstəxanaya yerləşdirildi-FOTO
"Qarabağ" uduzdu
Aleyna dedi-qodulara son qoyan açıqlama verdi-FOTO
Lobyalı tərəvəz şorbası (foto resept)
TƏBİB rəsmisi kimlərə antivirus preparatları verilmədiyindən danışdı
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Gəmi NƏHƏNG canlı ilə toqquşdu-FOTO
"Ufak -tefek cinayetler"in ssenarisi GERÇƏK OLDU - Aktrisalar dalaşdı
E vitamini hansı qidalarda var?
Quşları seyr etməyə çıxan kişi xəzinə aşkar etdi
HAVA necə olacaq?
Yeni analar üçün dəriyə qulluq
Dünyada maraqlı və gülməli boşanma hadisələri
Azərbaycan filmləri Malatya festivalında
- ŞƏRHLƏR