Sevginin kompensasiyası
Nigahda olduğu illər ərzində o, əla şəkildə özünü xoşbəxt göstərməyi öyrənmişdi, amma daha bunu etmək istəmirdi. Uels şahzadəsi (bu titulu o saxlamışdı) boşandıqdan sonra daha böyükmiqyaslı sevgiyə “keçdi”, bu ailə sevgisindən daha böyük idi – o, xeyriyyəçiliyə (adətən, əvvəllər bu protokola uyğun həyata keçirilirdi) başladı və o, bunu formal yox, tam ürəkdən edirdi. Çarlzın qərarsız arvadı öldü – yeni Diana dünyaya gəldi və onun cəsarəti digər insanlara da örnək oldu. Onun missiyası yarandı; “Mən hər zaman humanitar insan olmuşam, varam və olacam da. Mən bacardığım qədər insanlara kömək etmək istəyirəm…Dünya insan sevgisinin və nəvazişinin yoxluğundan getdikcə daha çox əziyyət çəkir… Kimsə çıxıb insanları sevməli və onlara bunu deməli və göstərməlidir”. Diana ingilis baletinə, xəstəxanalara, uşaq xəstəxanalarına dəstək olurdu – QİÇS-ə, xərçəngə, leykamiyaya tutulanlara kömək edirdi, piyada əleyhinə minaların qadağan olunması uğrunda mübarizə aparırdı – Anqoladakı mina tarlalarına həsr olunmuş film çəkmişdi. Şahzadənin bahalı paltarları isə xeyriyyə hərraclarında vurulan çəkiclərin hər yeni zərbəsi ilə gedirdi. Onun mənəvi mürəbbiyəsi, tərbiyəçisi Tereza Ana olmuşdu. Tereza Ana Ledi Diananın mənəvi ustadı idi.
Ledi D-inin məşuqları
Başqalarının çirkli işləri üzərində pul qazanmağı sevənlər şahzadə Diananın intim həyatının təfərrüatlarını üzə çıxartdıqca daha çox məmnunluq duyurdular. Gizli sevgililərin sayı gah 5, gah 7, gah 14 olaraq göstərilirdi. Ümumilikdə onların nə qədər olduğunun əhəmiyyəti yoxdur, amma unutmamaq lazımdır ki, hər bir qadının xoşbəxt olmaq hüququ vardır.
Cütlüyün münasibətləri getdikcə daha da gərginləşirdi və 1992-ci il onların münasibətlərində qırılma nöqtəsi oldu. Bu barədə yüzlərlə söz demək olardı, amma Diananın Tac Mahal qarşısında tənha oturmuş şəklinə baxanda hər şeyi anlamaq mümkün idi.
Diananın müdafiəsinə onu qeyd edək ki, Çarlz heç zaman xüsusi temperamenti ilə fərqlənməyib (hətta öz ərlik funksiyalarını o 3 həftədən bir yerinə yetirərdi). Nigahın bağlanmasından 4 il sonra isə intim münasibətlər tamamilə kəsildi. Bu işdə yaş da öz rolunu oynayırdı.
Çarlzın bir kişi kimi hissləri zəifləməyə başladığı halda Diana hələ çiçəklənmə dövrünə doğru irəliləyirdi. Görəsən, daim bir qadın olaraq öz cəlbediciliyinə əmin olmaq üçün bu cür çılğınlıqlar edən Diananı qınamaq olarmı?
(Nəzərinizə bir daha çatdıraq ki, Çarlz Dianaya hər zaman Kamillayla xəyanət edib və Kamilla Dianadan çox-çox eybəcər olub və bir qadın olaraq bu Dianaya çox pis təsir edirdi).
Cangüdən Barri Manaki ilə Diana 1985-ci ildə tanış oldu və tanış olan kimi də onu sevdi. Hətta Diana elə fikirləşirdi ki, Manaki üçün o hər şeyi atıb getməyə belə hazırdır. Diana ilə Manakinin münasibətləri haqqındakı şayiələr II Yelizavetanın qulağına çatdı və həmin andaca Manaki işdən qovuldu. 1997-ci ildə isə Manaki avtomobil qəzasında həlak oldu. Onun motosiklini qarşıdan gələn maşın vurub yolun kənarına atmışdı. Bu hadisənin bədbəxt hadisə, yoxsa qəsdən adam öldürmə olduğu haqqında hələ də dəqiq fikirlər yoxdur.
“Ürəklərin kraliçası” fenomeni
İnsanlar Diananı parlaq, bənzərsiz, şən, eleqant və ən əsası Britaniya aristokratiyasının digər nümayəndələrinə bənzəməyən xüsusiyyətlərinə görə sevirdilər. O zamanlar kral ailəsində baş verənləri hər bir qadın başa düşürdü. Onlar Diananın üz-üzə qaldığı problemləri (hiyləgər rəqib, xəyanətkar ər, laqeyd qaynana) bilirdilər.
1987-ci ildə Diana oğullarına at çapmağı öyrədəcək müəllim axtarmağa başlayır və Ceyms Xyutonla tanış olur. Deyirlər ki, atlar yaxşı insanları pis insanlardan ayırd edə bilirlər, amma Xyutonla bağlı deyəsən, atlar da yanlış fikrə düşüblər. Belə ki, ilk başlarda Ceyms özünü əsl centlemen kimi aparsa da, 7 ildən sonra o, Diana ilə olan münasibətləri haqqında sağa-sola danışmağa başladı, hətta şahzadə Qarrinin atası olduğunu iddia etdi. Britaniya xalqı bu söz-söhbətə görə Ceymsə nəinki nifrət etdi, hətta onu «siçovul» adlandırdılar.
Diana özü də yer üzünə düşmüş mələk deyildi, amma bir qadın olaraq o ərinin ruh şəklində fırlanan sevgisini qazanmaq üçün əlindən gələni əsirgəmədi, lakin bu sevgini o qazana bilmədi. Əvəzində isə o, daha böyük sevgi – özünə sevgi və milyonların ona qarşı olan rəğbətini qazandı.
Diananın sonuncu sevgilisi məşhur London supermarketi «Harrots»un sahibi misirli milyarderin oğlu Dodi əl-Feyd oldu. Bu münasibətlərin ciddiliyi haqqında nəsə demək çətin olardı, amma digərlərindən fərqli səviyyəyə aid münasibətlər idi. Həm onun, həm də Diananın arxasında boşanma təcrübəsi var idi. Buna görə də, ingilis zadəganlarının narazılığına baxmayaraq onların hər ikisi yenidən xoşbəxt olmağa hazır idilər. Hər halda ölümlərindən bir neçə saat öncə Dodi əl-Feyd zərgərlik dükkanlarından birində danışan ada sahib «Dis-moi oui» («Mənə HƏ de) adlı üzük alırmış…
Diananın ölümündən sonra hər saatda 6 mindən çox insan onun xatirəsini yad eləmək üçün saray darvazaları önünə gəlirdilər, çiçəklər qoyub, dualar oxuyub, şamlar yandırırdılar. Hər kəs onu sevirdi – çünki o qəlblərin şahzadəsi idi…
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
Günün qoroskopu:Uğurlu gündür!
Hava xəbərdarlığı edildi
Zərbə helikopterlərimiz Füzuli istiqamətində cəbhə boyu uçuşlar həyata keçirir
Dünyada koronavirusa yoluxanların sayı 50 milyonu keçdi
Müasir vanna otaqları
18 yaşadək nikaha girən gəlin və bəylərin sayı azalıb
Özge Gürel yeni filmdə
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Bakıda yeni yol nişanları və yeni qadağalar
Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər edilir
Rəngarəng corab modelləri
Yaşıl çayı xeyirli bilirdiniz? Oxuyun...
Beren Saat sehirli "Atiye" rolunda
İrem Derici manyak fanatından gizlənir
Sizi daim məşğul edən Feysbuk haqqında BİLMƏDİKLƏRİNİZ
Bəşəriyyət üçün daha bir təhlükə: Qaz sızıntısı aşkarlandı
Qadınlar haqqında deyilənlər
Kəlbəcərin Çıraq kəndindən görüntülər - VİDEO
Tamaşaçıların nəzərinə!
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
"Vineqred" salatı (foto-resept)
Cütlüklərin toy fotolarına dair 25 planı
Erməni tərəfi cəbhədə növbəti itki verib
Boris Conson 6-cı dəfə ata olacaq-FOTO
İkinci bahar
Myasnikov sağlamlığa zərərli vərdişləri sadaladı
"İşğal altındakı ərazilər qaytarılmalıdır"
Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib - RƏSMİ
Cins şalvarlar
Gəlinliklər
Sosyopatı necə tanımalı? (3)
Cəlilabadda quyu qazan kəndli tarixi nümunələr tapdı - VİDEO
İki körpə atasız qala bilər!
Mehriban Əliyeva: “Bu, ədalətin təntənəsidir”
Maraqlı tapşırıqlar - 1
Baş nazirin mətbəxinə siz də baxın
Qızılla bağlı şok gözlənti
Balanın ana sevgisi: kövrək hekayət
Fındığın qiyməti İKİ DƏFƏ UCUZLAŞDI
Evlənənlərin də sayı artdı, boşananların da
Bakı metrosu gün ərzində 5 saat işləyəcək
Ukrayna xalqı məhv ola bilər
Gül dərənə İnanılmaz Cəza
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Maskanızı özünüz hazırlayın
Günün ulduz falı
Xaşxaşlı çiyələkli keks (foto resept)
Eynəyi necə seçməli?
Gül kələmi yeməyi
- ŞƏRHLƏR