Meri Kuant 11 fevral 1934-cü ildə müəllim ailəsində anadan olmuşdur. Gələcək dünya şöhrətli dizaynerin həyatı o vaxtkı nəslin insanlarının həyatı kimi idi. O özü sonralar yazırdı ki, onun həyatının birinci yaddaqalan xatirələri müharibə zamanı evakuasiya ilə bağlı idi. Merinin Kentdən olan ailəsi İngiltərənin Şərq sahillərindəki bir kəndə köçür, bədbəxtlikdən Londonu bombardman etməyə gedən alman təyyarələri bu kənd üzərindən keçmişdir.
Sənət seçimi
1951-ci ildə Meri orta məktəbi bitirdikdən sonra valideynləri ona təhsilini davam etməyi və karyera barədə fikirləşməyi təklif etdilər.
Məsuliyyətli müəllimlər Meriyə yaxşı bir sənət seçməyi məsləhət gördülər, amma o, London incəsənət məktəbinə daxil oldu-GoldSmiths" College of Art.
Valideynləri yalnız Merinin zərgərlər üçün təqaüdü udmağa müvəffəq olduqdan sonra bu addıma razılıq verdilər.
Məhz bu kollec və burdakı əhatə dairəsi Meri Kuantın gələcəkdə inqilabi dəb yeniliklərini yaratmağa kömək etdi və bu istiqamətdəki baxışlarını müəyyən dərəcədə formalaşdırdı.
Kollecdəki ən yaxın dostu və gələcək həyat yoldaşı Meriyə çox böyük təsir etdi. O Aleksandr Planket Qrinn idi.
Meri Kuant : Karyeranın başlanğıcı
Berford hersoqunun qohumu olan Qrin özü və onun dostları həmişə əyləncə axtarışında idilər. Eyni zamanda onlar çox savadlı idilər.
Məhz onlar Meriyə həyatdan zövq almağı öyrətdilər, çünki Merinin ailəsində başqa mənəvi qaydalar hökm sürürdü, tüfeyli həyat isə böyük günah hesab olunurdu. Meri Kuant kolleci bitirib diplom ala bilmədi. O, modistkanın yanında işə düzəldi, aldığı məvacib isə çox az idi, heç yeməyinə belə pul çatdıra bilmirdi. Aleksandr Qrin 21-ci doğum günündə 5000 funt pul miras aldı. Qrin və Kuanta onların dostu Archie McNair də qoşuldu; onlar gecə klubu və varlı London kvartalı olan Çelsidə bir binada butik açmağa qərar verdilər.
Onların heç birinin biznes qayda-qanunlarından başı çıxmırdı. Halbuki Meri həmişə deyirdi ki, qaydalar tənbəl insanlar üçün yaradılıb, onlar özləri nəyi isə düşünmək istəmirlər. Mağaza açılan zaman Merinin hələ yenicə 20 yaşı tamam olmuşdu. Lazım olan geyimləri Meri çox çətinliklə axtarıb tapırdı. Həm də partnyorların həmişə pulu olmurdu, çünki mağazadakı paltarlar çox aşağı qiymətə satılırdı və bu da onlara heç bir gəlir gətirmirdi.
Buna görə də Meri Kuant öz mənzilinə tikiş maşınları yerləşdirdi, kömək üçün dərzi tutdu və gecələr mağazasına lazım olan paltarları tikməyə başladı.
1955-ci ildə Qrin və Kuant öz mağazalarının prezentasiyasını etməyə qərar verdilər. Əgər "Harpers Bazaar" jurnalı mağazada olan iki dəlisov pijamanı qeyd edib jurnalda yerləşdirməsəydi, Qrin və Kuantın bu fikirləri tamamilə alt-üst olardı. Kuantın mini ətəkləri dünya şöhrəti qazandı. Qısa ətəklər görkəmin əsası və mərkəzi olmağa başladı.
Yaponiyada Kuantın 200-dən çox mağazası açılmışdır, hələ də burda onun geyimləri və əşyaları böyük uğurla istifadə edilir. Onun biznesi hər şeyi əhatə etməklə genişlənir-xalça istehsalından çimərlik geyimləri və oyuncaqlara qədər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan üçün böyük qorxu
Günün qoroskopu: Uğurlu gündür!
Metro sərnişinlərinə şad xəbər
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Say və əvəzliyə aid sınaq sualları
Yazda bədənə canlılıq
Baş nazirdən uşaq bağçaları ilə bağlı QƏRAR
Alimlərdən koronavirus haqqında maraqlı açıqlama
Diqqət! Diqqət! Danışır Bakı!
Qız olmaq asandır?
Makiyaj çantanızda nələr var?
Yelena görənləri heyrətləndirir-FOTO
Sevən şəxsin 8 davranışı
Dubayda polisləri robot patrullar əvəzləyəcək
Sevgi dünən və bu gün
Cennifer yenidən Diqqət Mərkəzindədir
Türkmənistanda "koronavirus" sözü qadağan edilib
İstanbulda əsrin kəşfi
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM
“İşsizlik terror problemi qədər ciddidir”
Evlilik sonrası kökəlmədən qorunun!
Günün ulduz falı
"Arıqlamaq istəyirəm" deyənlərə tövsiyələr
Məşhur cütlüyün Bodrum tətili-FOTO
Şakira AYRILIQ xəbərlərini bu cür Yalanladı-FOTO
Misirdə mağara məbədi
İnsanı kökəldən qidalar
Nobel mükafatçısı xərçəngin ən böyük sirrini açıqladı
Uşağın yuxusunu qoruyun
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
Qladiatorlar haqqında
Cəlilabad rayonu
Türksayağı tomat şorbası (foto resept)
Xoşbəxt olmaq istəyiriksə...
Cazibədar xanımlar üçün boyunbağılar
“WhatsApp”a yaşıl işıq
Küncütlü paxlava (foto resept)
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yazmağa başlayıram - 4
Kukla sənəti
Leyla Əliyevanın əkizlərinə olan arzuları (FOTO)
Bəzi rayonlarda qaz olmayacaq
Bakıda bəy və gəlindən təzə ənənə (FOTO)
Mətbəx pərdələri
İranda boşanma halları artıb
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Zövqlü geyim nümunələri
Çay ağacı yağının dəriyə faydaları
Koçaryan yenidən hakim qarşısına çıxarılır
- ŞƏRHLƏR