Şeron Stoun 60 yaşı olmasına baxmayaraq, gənc qızların və kişilərin heyranlıqla izlədiyi aktrisadır. O, hələ də çiçəklənən gözəlliyi ilə insanları ruhlandırmağa davam edir.
Qadınlar və gözəllik haqqında
Həqiqi bir gözəl digər qadınlara və ümumiyyətlə, bütün insanlara qarşı həmişə xeyirxahdır. O, rəqabət, intriqa və xəyanətləri qəbul etmir.
Plastik cərrahiyyə mənlik deyil, amma cərrahın xidmətinə müraciət edən qadınları qınamıram. Əgər bu, sizi xoşbəxt edirsə, niyə də yox? Kaliforniyada dodaqlarını böyütmüş, burnunu kəsdirmiş, yanaqlarına dolğu vurdurmuş, dişlərini ağartmış və saçlarını boyamış yüz minlərlə sarışın qadın yaşayır.
Hətta ən bahalı makiyaj və ən bahalı saç düzümü də qadınları gözəl edə bilməz. Ən parlaq, ən maraqlı qadın odur ki, enişli-yoxuşlu bir həyatı olsun.
Yeva Qardner dünyanın ən gözəl qadını idi. Niyə? O, üzündə heç bir dəyişiklik etməmişdi. O, qadına bənzəyirdi və heç bir zaman gənc qıza bənzəməyə çalışmırdı.
Qadınların üz ifadəsi geyimindən daha vacibdir.
Gözəl olub-olmadığım haqqında heç vaxt ciddi düşünməmişəm. Amma sehrli bir nömrə bilirəm: cəzibədarlığın illüziyasını yaratmaq bacarığı. Bir qadın otağa daxil olduqda başqaları onun gözəlliyinə deyil, ondan gələn güc və enerjiyə reaksiya verir.
Qadın hər şeyin məsuliyyətini daşımamalıdır.
Əgər ağıllısınızsa, gözəl olacaqsınız. Çirkin yoxdur. Biri gözəl, biri qızılgül, başqa biri də kaktus kimidir.
Həyatım boyunca eyni sinə ilə yaşayıram.
Təsəvvür edə bilməzsiniz ki, nə qədər plastik cərrah mənə əməliyyat təklifi edib. Bir dəfə hətta razılaşmışdım, yaxşı ki, fikirimi tez dəyişdim. Bəli, qocalıram. Amma mənə elə gəlir ki, yaşlanma sənəti bəzi natamamlıqlara yol verir, onlar obraza həssaslıq və seksuallıq əlavə edirlər.
40 yaşım olanda, əlimdə bir qədəh şərabla hamama girdim və dedim: “Özümü olduğum kimi qəbul edənə qədər buradan çıxmayacam”.
Qocalıram, amma bu prosesdən zövq alıram. Yaşımı maskalamaq istəmirəm. Yalnız öz yaşımda mümkün qədər yaxşı görünən bir qadın olmaq istəyirəm.
İnsanlar tez-tez soruşur ki, bu yaşımda necə belə yaxşı görünə bilirəm. Cavab belədir: Xoşagəlməz insanlarla ünsiyyət qurmuram.
Əlaqələr və kişilər haqqında
Seksual yaxınlıq ancaq musiqi və dua ilə müqayisə edilə bilər.
Yanlış insanın yanında özünü tək hiss etməkdənsə, tək olmaq daha yaxşıdır.
Qadın ancaq orqazmı təqlid edə bilər, kişilər isə sevgi və münasibətləri təqlid edirlər.
Bir gün qızlar bir vaxtlar özlərinin evlənmək arzusunda olduğu kişiyə çevrilir.
Sizdən daha çox problemi olan insanla heç vaxt yatağa girməyin.
Həqiqi tənhalıq odur ki, ətrafında olan insanlar səni anlamır.
Sevgi qaranlıqda buzlu dağa qalxmaq kimidir. Bircə yanlış addım və sən ölüsən!
Evlilik cəhənnəmin yer üzündə gördüyüm ən yaxşı inikasıdır.
Həyat və insan haqqında
Həyatda niyə yıxıldığınız, necə qalxdığınız önəmlidir.
İnsanlar dəyişməyə qorxur, onlar elə düşünür ki, nə isə itirəcəklər. Və unudurlar ki, onlar daha çoxunu əldə edə bilmək imkanından özlərini məhrum edirlər.
Hər bir ulduzun məşhur olmazdan əvvəl tanış olduğu bir dostu olmalıdır ki, onu yerində oturtsun. Çünki hər bir ulduz dünyada hər kəs kimi adi bir insandır.
Əvvəllər qalmaqal yaratmağı ancaq ulduzlar özünə icazə verirdi, indi məşhur olmaq üçün qalmaqal yaradırlar.
Digər insanların həyatını idarə edən insanların bütün insanlara qarşı ədalətli və şəfqətli münasibət göstərməsi həqiqətən vacibdir, başqalarına qarşı seçici davranmaq doğru deyil.
Uşaqdan gözəl heç nə yoxdur, daha yaxşısı 3 və daha çox uşaq ola bilər.
Ölüm bir neçə dəfə qapımı döysə də, açmadım. O, mənə yenidən yaşamağı öyrətdi. Bu qapı taqqıltısı məni oyandırdı.
Özünüz üçün ən önəmlisini təyin edin, tətbiq edin və digərlərindən xilas olun.
Gənc olduğunuz zaman özünüzü yenidən yaratmaq və səhvləri düzəltmək üçün vaxtınız var. Müəyyən bir yaşa çatdıqda "Xoşunuza gəlsə də, gəlməsə də, mən buyam”, - deyirsiniz.
Gənclik darıxdırıcıdır. Həmişə əsl qadın olmaq istəmişəm. Böyüyəndən sonra yanında sadəcə yaraşıqlı bir kişi olmasını istəyirsən, cavan olanda yanında yaraşıqlı kişidən daha darıxdırıcı heç nə yoxdur.
40 yaşım olduğunu dürüst bir şəkildə etiraf etdikdən sonra Hollivud rejisor və prodüserləri qərara gəldilər ki, vəba olduğumu elan edim. Əgər 40 yaşından yuxarı aktyorlarla çalışmaq istəmirlərsə, dünyadakı ən böyük səfeh onlardır.
Kişilərin beyni güclü olmalıdır. Yalnız sərvət və seksuallıq sevinc gətirə bilməz.
İti ağıl və gözəlliyin vəhdəti qarşısında heç bir kişi tab gətirə bilməz.
Sülh və əmin-amanlıq dünyada heç vaxt olmayacaq. Lakin onları siz öz təxəyyülünüzdə yarada bilərsiniz.
Uşaqlarınız necə böyüdüklərinə baxdığınızda, həyat və özünüz haqqında daha çox məlumat öyrənəcəksiniz
publika.az
XƏBƏR LENTİ
Allah hansı günahları bağışlamaz?
Gülümsəyin ki, xoşbəxt olasınız
Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dəyişib
İncəbel olmaq üçün
Uşaqlara neçə yaşında telefon alınmalıdır?
Uşaqların zehni inkişafı üçün faydalı qidalar
Tərcümə olunmayan sözlər
Harri Potterə yeni üz tapdılar
Azərbaycan avstriyalı idmançının müalicə xərcini üzərinə götürdü
2017-ci ildə artıq dəbdən düşəcək trendlərin siyahısı
Kanadada güclü zəlzələ
Tarixdən...(2)
Günün qoroskopu: informasiya mübadiləsi və məlumatlardan yararlanın
Göbələkli omlet (foto-resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-44
Şaxta olacaq, qar yağacaq
Anamın əl işləri(2)
Arıqlamağa kömək edən yaşıl detoks
Günün qoroskopu:Uğurlu gündür!
Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub
Bakının tozda boğulan sakinləri...
Azərbaycanda yeni fakültə yaradılacaq
"ANS lisenziya üçün təkrar müraciət edə bilməz" - MTRŞ
Bunları bilirdizmi?
ABŞ-ın Azərbaycandakı səfirliyi: Ümid edirik ki, Azərbaycanda bu il şəffaf prezident seçkiləri keçiriləcək
At və eşşək ətini mal ətindən ayırmağın 3 YOLU
Həyatımızdakı çantalarımız
Dağıdıcı smartfon gəlir
Pomellolu meyvə salatı (foto-resept)
Günün ulduz falı
Saça düzgün qulluq etmək
İt sevgisi xərçəngi sağaldır
Siqaretə görə hələlik heç kim cəzalana bilməz
Sevgini paylaşın ki, evinizə bərəkət gəlsin
ABŞ səmasında nəhəng UNO göründü - VİDEO
Azərbaycanda koronavirusa yeni rekord yoluxma faktı qeydə alındı: 12 nəfər öldü
Strasburqda Nizami Gəncəviyə həsr edilmiş sərginin açılışı olub
İyunun 10-dək şimşək, yağış...
Azərbaycan 177 ölkənin sırasına qoşuldu...
İtburnu: dərdlərə dərman, ətirli və faydalı
Aleksandr Myasnikov beyin qocalmasını yavaşlatmağın ən təsirli yollarını söylədi
Xərçəngin yeni müalicə üsulu tapıldı
Azərbaycan Livana bir milyon dollar yardım edəcək
Gümüş xərçəngə qarşı effektiv vasitədir
Uşaqlarla bağlı yenilik
Leyla və Arzu Əliyevalar sərgi açılışında - Fotolar
"WhatsApp" çökdü
Məntiqi suallar
"Onlar" Ukraynada Azərbaycanı təmsil edir!
Prezident açılış etdi
- ŞƏRHLƏR