Qadin.NET / Dadlı poğaça (foto resept)

Dadlı poğaça (foto resept)

 

Tərkibi:

1 çay st ilıq süd

1 çay st ilıq su

1 çay st duru yağ

1 çay st qatıq

100 qram otaq istiliyində kərə yağı

1 ç/q duz

1 ç/q şəkər

1 paket maya

1 ədəd yumurtanın ağı

1 y/q doşab

aldığı qədər un 

 

Hazırlanması:

Bütün ərzaqları dərin qabın içində qarışdırın. Sonra unu və mayanı qarışdırıb az-az maye qarışımın içinə əlavə edin.

Yumşaq olana qədər xəmiri yoğurun, sonra 1 saat gözləməyə qoyun.

Sonra xəmirdən yumurta böyüklüyündə hissələr qoparıb içinə pendir qoyub forma verin.

Dadlı poğaça (foto resept)

Yağlı kağız sərili listə xəmirləri düzüb bıçaq köməyi ilə kəsik atın, yumurta sarısını və doşabı qarışdırıb üstünə çəkin.

180 dərəcədə əvvəlcədən isidilmiş sobada bişirin.

Dadlı poğaça (foto resept)

 

2 fevral 2019
GO BACK