Qadin.NET / Bizim Tarla: Yeni iliniz mübarək!

Bizim Tarla: Yeni iliniz mübarək!

Bu gün hər birimiz üçün ikiqat bayramdır! İlk növbədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və təbii ki, Yeni ilin gəlişi.

Yeni İl Bayramı - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu bayramın yaranmasının təxminən 25 əsrlik tarixi var.  Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrılıqda dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Bu vəsilə ilə, Azərbaycan məhsulu adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilən,  hər bir azərbaycanlının məhsullarını qürürla "yerli məhsul" deyə istehlak etdiyi "Bizim Tarla" markası, Azərbaycan xalqını  birlik və bərabərliyin təntənəsi olan Dünya Azərbaycanılılarının Həmrəyliyi günü və eyni zamanda Yeni ilin gəlişi münasibəti ilə təbrik edir, ömürünüzün xoşbəxt, ürəklərinizin ümidli, süfrələrinizin şirin və bərəkətli olmasını diləyir!

"Bizim Tarla" markası istehlakçılara təqdim olunandan bugünə qədər beynəlxalq keyfiyyət standartlarına nəzarət edib, milli ağız dadınıza uyğun ev üsulu ilə konserv məhsullarını sizlərə təqdim etməkdən qürur duyur. İstehlakçıların da dediyi kimi "Bizim Tarla" məhsulları evdə hazırlanmış məhsullardan heç də fərqlənmir, əksinə sizlərin rahatlığını təmin edir.

Bayramınız mübarək!

31 dekabr 2013
GO BACK