Qadin.NET / Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO

Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO

Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO


ABŞ-ın Atlanta (Corciya ştatı) şəhər məhkəməsi 2017-ci ildə "Gəzən ölülər" çoxseriyalı bədii filminin çəkilişləri zamanı həlak olan kaskadyorun ailəsinə 8,6 milyon dollar təzminat ödənməsi barədə qərar qəbul edib.

 Qadin.Net AzərTac-a istinadən bildirir ki, filmin çəkilişləri zamanı 33 yaşlı Con Berneker yeddi metr hündürlükdən xüsusi vasitələrlə qorunmayan yerə yıxılaraq həlak olmuşdu. Həmçinin çəkilişlərdə təcili tibbi yardım maşını olmadığı üçün kaskadyor xəstəxanaya 30 dəqiqə sonra helikopterlə çatdırılmışdı.

Serialın çəkilişləri ilə məşğul olan "AMC Network" telekompaniyasının nümayəndəsi hadisəni faciəvi təsadüf adlandırıb və adətən çəkilişlərin təhlükəsizlik tələblərinə uyğun təşkil olunduğunu bildirib. Lakin vəkil məhkəməni kaskadyorun fəndi icra etdiyi zaman kompaniyanın lazımi təhlükəsizlik səviyyəsini təmin etmədiyinə inandırmağa müvəffəq olub.

Təcrübəli kaskadyor Con Berneker "Rədd ol" və "Loqan" filmlərinin çəkilişlərində də iştirak etmişdi.

Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO


21 dekabr 2019
GO BACK