Qadin.NET / Yeni heyvan növü yaradıldı-FOTO

Yeni heyvan növü yaradıldı-FOTO

Yeni heyvan növü yaradıldı-FOTO


Elm adamları donuz və meymundan yeni canlı növü törədib.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Çinli elm mütəxəssisləri bu yeni növün orqan nəqli gözləyən xəstələr üçün ümid olacağını bildirib.

Araşdırma əsnasında meymun və donuz birləşməsindən iki donuz balası, doğulduqdan bir həftə sonra ölüb. Lakin onların hər ikisinin qaraciyər, ağciyər, dalaq, ürək cə dərilərində meymunların DNT-si tapılıb.

Belə ki, İVF istifadə edilərək dişi donuza 4 min embriyon köçürülüb və donuz balalayıb. Pekin dövlət labaratoriyasında çalışan bir qrup mütəxəssis, meymun hüceyrələrini flüoresan protein istehsal etmək üçün dəyişdiriblər. Floresan zülalları tədqiqatçılara hüceyrələri və həmin nəsildən gələn hüceyrələri izləməyə imkan verir.

Alimlər bu dəyişdirilmiş hüceyrələri dölləndirdikdən beş gün sonra donuz embrionlarına vurdular. Bu şəkildə 10 donuz balası doğuldu və ikisinə ximera (hüceyrələrin və ya toxumaların iki və ya daha çox fərqli genotipləri) adı verilir.

Onlar daha çox meymun DNT-si olan sağlam heyvanlar dünyaya gələnə qədər təcrübələrini davam etdirəcəklərini vurğulayıb. Tədqiqatçıların əsas məqsədi təkcə meymun DNT-li heyvanlar yetişdirməkdir.

Yeni heyvan növü yaradıldı-FOTO

Yeni heyvan növü yaradıldı-FOTO


20 dekabr 2019
GO BACK