Qadin.NET / Qaçırılan körpə 55 ildən sonra tapıldı

Qaçırılan körpə 55 ildən sonra tapıldı

Qaçırılan körpə 55 ildən sonra tapıldı


ABŞ-da 55 il əvvəl oğurlanan uşaq tapılıb.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Dora Fronçak adlı qadın 1964-cü ildə oğlan uşağı dünyaya gətirib. Növbəti gün palataya daxil olan və tibb bacısı olduğunu söyləyən qadın uşağı həkimin yanına aparmaq adlı ilə götürərək aradan çıxıb. Həmin hadisədən sonra qadını tapmaq mümkün olmayıb. İki ildən sonra Nyu-Cersidə Dora Fronçakın oğluna bənzəyən oğlan uşağı tapılıb. Onu ehtimal olunan anasına qaytarıblar.

2014-cü ildə genetik testlər göstərib ki, Françak Nyu-Cersidən olan uşağın anası deyil. Federal Təhqiqat Bürosu bundan sonra axtarışları bərpa edib.

Nəhayət, bu il qadının əsl oğlu tapılıb. 55 yaşlı kişinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Onun hansı məqsədlə qaçırıldığı isə məlum deyil.

Qaçırılan körpə 55 ildən sonra tapıldı

Qaçırılan körpə 55 ildən sonra tapıldı


21 dekabr 2019
GO BACK