Türkiyədə 50 yaşlı qadın üçəm dünyaya gətirib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, doqquz il süni mayalama etdirən Aylin Ərdoğan 50 yaşında üçəm anası olub.
Aylin və Ertan Ərdoğan cütlüyü övladlarının adlarını Tardu, Tansu və Tanyu qoyublar.
Həkim olan A.Ərdoğan ana olmaq istəyən hər bir qadının arzusuna çatacağına inandığını deyib.