Qadin.NET / Tarixdə ilk dəfə baş verdi - FOTO

Tarixdə ilk dəfə baş verdi - FOTO

Tarixdə ilk dəfə baş verdi - FOTO


Braziliyanın Quarulyus şəhərindən Frankfurta uçan təyyarənin baqaj rəfi sərnişinlərinin üzərinə düşüb.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli “Aero In” portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə Latam Hava Yollarına məxsus “Airbus A350” təyyarəsində baş verib. 

Aviaşirkətin bu barədə təqdim etdiyi rəsmi şərhində qəzanın Frankfurta endikdən dərhal sonra baş verdiyi bildirilib. Qeyd olunur ki, səyahət edənlərin heç biri ciddi xəsarət almayıb, onlara lazım olan bütün yardımlar göstərilib.

Qeyd edək ki, aviasiya tarixində belə hadisəyə indiyə kimi rast gəlinməyib

Tarixdə ilk dəfə baş verdi - FOTO

Tarixdə ilk dəfə baş verdi - FOTO


20 dekabr 2019
GO BACK