Qadin.NET / Saqqallı kişilər daha çox xəyanət edir

Saqqallı kişilər daha çox xəyanət edir

Saqqallı kişilər daha çox xəyanət edir


Tədqiqat saqqallı kişilərin etibarsız olduğunu təsdiqləyib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, əksər qadınlar saqqallı kişiləri cəlbedici hesab edir. Bu, kişilik və ailəsini qorumaq instinkti ilə assosiasiya edilir.

Ancaq mənfi bir “bonus” da var: saqqallı kişilərin 47%-i xəyanətə meyllidir.

Bu fakt “Evolution and Human Behavior” jurnalında dərc olunub.

Aparılan araşdırmada məlum olub ki, saqqal, yetkinliyi, testosteronun yüksək səviyyəsini göstərir və bu, kişiləri daha cəlbedici edir. Bu da onlara sevgilisi və ya xanımı olub-olmamasından asılı olmayaraq, bir çox qadınla eyni vaxtda ünsiyyət qurmağa daha çox imkan verir. Odur ki, saqqallı kişilərlə münasibətlərin problemli olduğu iddia edilir. Çünki onlar istər-istəməz öz üstünlüklərini açıq şəkildə göstərməyə çalışırlar.

Tədqiqata qatılan saqqallı kişilərin 45%-i davaya meylli olduqlarını söyləyib, qalan 40% isə qəzəblənəndə mebel sındırdıqlarını və qadınları döydüklərini etiraf edib

20 dekabr 2019
GO BACK