Türkiyəli futbolçu Arda Turanın arvadı Aslıhan Doğan Turan yerli nəşrlərdən birinə müsahibə verib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, yeni dizaynlarından bəhs edən Aslıhan evliliyi haqda da danışıb. İkinci uşağına iki aylıq hamilə olan Turan əri ilə yaxşı anlaşdığını söyləyib.
"Hər ikimiz yalanı sevmirik. Sakit ailəyik. Ər-arvaddan əlavə onunla yaxşı dostuq. Heç münaqişə etmirik, mükəmməl evliliyimiz var deyə bilmərəm. Ancaq problemlərimizi, böyütmədən, küsmədən həll edirik" deyə, o, bildirib.