San-Paolodan olan braziliyalı Paulo Marketti özünün Neqo ləqəbli itinin xilası üçün dörd metrlik anakonda ilə 20 dəqiqə vuruşub.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, kişi baytar işləyir və evsiz heyvanlara yardım edir. Təqribən bir il öncə o, aclıqdan ölmək üzrə olan “Neqo” ilə rastlaşır, onu evinə gətirir, yedirdir və sağaldır – küçədə ölməkdən xilas edir.
Həmin gün Marketti it təlimçisi olan dostu və onun 14 yaşlı oğlu ilə gölün kənarında velosiped gəzintisinə çıxır. Hansısa anda “Neqo” tək halda suya tərəf cumur, orada isə şikar gözləyən anakonda ona hücum edir.
Marketti it zingiltisi eşidir. O, gölə tərəf qaçır və nəhəng ilanın itin boynuna sarılaraq, suya çəkdiyini görür.
Heyvansevər kişi tərəddüd etmədən suya tullanır və ilanın ağuşundan itini geri almağa çalışır.
Nəhayət o, yoldaşları ilə birlikdə heyvanı ilanın ağuşundan çıxara bilirlər