14 il əvvəl evli olan Hollivud ulduzu Bred Pitt və Cennifer Enistonun yenidən birlikdə olduğu iddia edilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Pitt keçmiş arvadının təşkil etdiyi partiyə qatılıb. Cütlüyün partidə çox səmimi olduqları söylənilib. Hətta aktyor Cenniferin evindən gecə yarısı ayrılıb.
Qeyd edək ki, cütlük 5 il evli qaldıqdan sonra 2005-ci ildə yollarını ayırmışdılar