Qadin.NET / Azərbaycanlı cütlük Dünya Çempionu oldu - FOTO

Azərbaycanlı cütlük Dünya Çempionu oldu - FOTO

Azərbaycanlı cütlük Dünya Çempionu oldu - FOTO


Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sacina "WDC World Championship Professional Ballroom Showdance 2019"un qalibi olublar.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Avstraliyada keçirilən yarışda rəqqaslar "Aktyor" adlı nömrə göstəriblər. Onların şousu münsifləri və tamaşaçıları heyran edib.

"Dünya çempionu olmaq xoşdur. Rəqqas olmaq çətindir. Amma aktyor rəqqas olmaq həyatdakı məqsədimdir" deyə, Eldar bildirib.

Yarışda Almaniya, Böyük Britaniya, Yaponiya, Rusiya, ABŞ və başqa ölkələrdən məşhur rəqqaslar çıxış ediblər.

Tədbirin gümüş medalını Avstraliya, brüncü isə Rusiya iştirakçıları əldə ediblər.

Azərbaycanlı cütlük Dünya Çempionu oldu - FOTO


18 dekabr 2019
GO BACK