Sakit okeanda yerləşən Bikini atollunun yaxınlığında nəhəng süni kraterlər aşkar olunub.
“Popular Mechanics” Delaver universitetinin alimləri tərəfindən aparılan tədqiqat nəticələri haqqında danışıb.
Mütəxəssislər ABŞ-ın həyata keçirdiyi nüvə silahının sınaqlarının fəsadlarını araşdırıblar. Alimlər okean dibinin rəqəmsal xəritəsini hazırlayıblar.
Məlum olub ki, 1947-ci ildə 27 metr dərinlikdə partladılan “Baker” bombasının yaratdığı krater 8 metr dərinlikdə və 700 metr diametrdədir.
1954-cü ildə partladılan 15 meqatonluq “Castle Bravo” isə 25-30 metr dərinliyi və 1400 metr diametri olan krater yaradıb