“Yedinci koğuştaki mucize” filmi daha bir rekorda imza atıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Türkiyədə bütün zamanların ən çox izlənilən 9-cu filmi olan ekran işi gəliri ilə hər kəsi şok edib.
Belə ki, 87 milyon 440 min 351 lirə qazancla (təxminən, 25 milyon 671 min 100 manat) “Bütün zamanların gəlir rekordu”nu qırıb və 85 milyon 986 min 157 lirə gəlirlə ilk sırada yer alan “Recep İvedik 5” filmini geridə qoyub.
Qeyd edək ki, dram janrında olan filmdə baş rolları Aras Bulut İynemli və Nisa Sofiya oynayır