Qadin.NET / İstənilən şəxs təyyarəni endirə biləcək

İstənilən şəxs təyyarəni endirə biləcək



ABŞ-ın “Garmin” naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texnologiya hazırlayıb.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, "Autoland” adlandırılmış yeni sistem kritik vəziyyətlərdə əlçatan olacaq. İstehsalçının sözlərinə görə, yeni hazırlama aviasiya sənayesini tamamilə dəyişəcək. Məsələn, adi bir sərnişin enmə zamanı pilotu əvəz edə biləcək. Bunun üçün sistemi işə salan bir düyməyə sıxmaq lazımdır.

Yeni texnologiya təyyarənin və 200 dəniz mili radiusundakı ən yaxın aeroportun yerini avtomatik müəyyənləşdirəcək.

Yeni naviqasiya sistemi, həmçinin yanacağın səviyyəsini, hava şəraitini və uçuşun müddətinə təsir göstərəcək başqa amilləri müəyyənləşdirəcək

13 dekabr 2019
GO BACK