"Tədirisi 5 və 6 günlük olan orta məktəblərdə Yeni ildə neçə gün bayram tətili olması hələ müəyyən edilməyib".
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı nazirlik qərar verməyib:
"Hələlik həmin vaxta bir müddət var. Təhsil Naziliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək".