Qadin.NET / 10 milyon dollarlıq alma satılır-FOTO

10 milyon dollarlıq alma satılır-FOTO

10 milyon dollarlıq alma satılır-FOTO


Becərilməsi 20 il davam edən və bir il soyuducuda saxlanıla bilən yeni alma növü bazar günü ABŞ-da satışa çıxarılıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, “Kosmik xırtıltı” adlanan alma növü “Honeycrisp” və “Enterprise” almalarının calaq edilməsi yolu ilə əldə edilib.

1997-ci ildə becərilən hibrid almanın ilk dəfə bazara çıxarılması üçün bu günə qədər 10 milyon dollar xərclənib. Meyvənin şirəli, xırtıldayan və sərt olduğu deyilir. Alma 10-12 ay soyuducuda təzə qala bilər.

İndiyə qədər 12 milyon kosmik xırtıldayan ağac əkilib.

Vaşinqton ABŞ-da ən çox almanın yetişdirildiyi ştatdır. Alma ABŞ-da banandan sonra ikinci ən populyar meyvədir

12 dekabr 2019
GO BACK