Qadin.NET / Bir həftədə 27 milyon insan izlədi

Bir həftədə 27 milyon insan izlədi

Bir həftədə 27 milyon insan izlədi


Filmlərin və serialların axın şəkilli multimedia əsasında ən iri təchizatçılarından biri olan "Netflix" firmasının rəhbərliyi bildirib ki, Martin Skorsezenin "İrlandiyalı" adlı yeni filminin nümayiş etdirildiyi ilk həftə ərzində bütün dünyada bu filmə baxanların sayı 26,4 milyondan çox olub.

 Qadin.Net AzərTac-a istinadən bildirir ki, bu rəqəmə 3,5 saat davam edən filmin azı 70 faizinə baxmış tamaşaçılar da daxildir.

Gündəlik tələbat malları sənayesində marketinq hesablamaları aparan "Nielsen" şirkətinin məlumatına görə, ABŞ-da ilk beş gün ərzində "İrlandiyalı" filminə tamaşa edənlərin sayı 13,2 milyon olub. Həmin tamaşaçıların təqribən 20 faizi "İrlandiyalı" filminə onun translyasiya edildiyi ilk gündə - noyabrın 27-də tam həcmdə baxıblar.

"Netflix" şirkətinin elan etdiyi statistik məlumatlara inansaq, "İrlandiyalı" filmi Oskar mükafatına ən real namizədlərdən biridir. Prodüserlər bu filmin yaradılmasına təqribən 160 milyon dollar xərcləyiblər.

Dekabrın 8-də "İrlandiyalı" filmi "Qızıl qlobus" mükafatına müxtəlif nominasiyalarda, o cümlədən, "Ən yaxşı film" və "Ən yaxşı dram" nominasiyalarında namizəd kimi 5 mükafata layiq görülüb. Ötən həftə Nyu-Yorkdakı Kino tənqidçiləri Dərnəyi və ABŞ Kino tənqidçilərinin Milli Şurası "İrlandiyalı"nı "İlin ən yaxşı filmi" hesab ediblər

12 dekabr 2019
GO BACK