Dünya şöhrətli müğənni Britni Spirs uşaqlarına görə keçmiş həyat yoldaşı ilə yenidən məhkəməyə hazırlaşır.
Qadin.Net oxu.az-a istinadla xəbər verir ki, Britni Kevin Federlaynla cəmi 2 il evli olsalar da, uşaqlara görə 10 ildən çoxdur ki məhkəmələrdə çəkişirlər. Keçən ilin payızında müğənninin keçmiş həyat yoldaşı, qəyyumluğun onların lehinə 30 ilə 70 faiz nisbətində bölündüyünə əmin oldu. Ancaq Britni bu hadisələrin gedişatını bəyənməyib və növbəti il, bərabər hüquqlar əldə etmək üçün onu məhkəməyə vermək qərarına gəlib.
Britninin yeni ildə məqsədi ailə məhkəməsinə getmək və oğlanları ilə keçirə biləcəyi vaxtı artırmaq üçün hakimə yenidən müraciət etməkdir. Milad ərəfəsində oğullarının onunla olacağı və tətildə atalarının yanına gedəcəyi məlumdur - deyə insayderlər bildiriblər.
Bu il müğənninin oğulları Şon və Ceydenin 14 və 13 yaşları tamam olub. Demək olar ki, bütün bu illər ərzində uşaqlar valideynləri arasında iki cəbhəyə bölünmək məcburiyyətində qalıblar. Bu ilin yazında, Britni əsəb pozğunluğu ilə yenidən psixiatrik klinikaya müalicəyə getdikdən sonra ataları Kevin Federlayn yenidən Spirsin uşaqlarla bağlı tələblərini sərtləşdirib. Belə ki, Federlayn keçmiş qayınatası, pop ulduzun atası Ceymi Spirsi nəvəsi Şonu yataq otağına girərək döyməkdə günahlandıraraq vəziyyəti daha da gərginləşdirib.
Qeyd edək ki, Britni Spirs yaşadığı depressiyalar ucbatından sənətinə fasilə verərək, psixiatrik xəstəxanada müalicə alır. O, ara-sıra iranlı sevgilisi Sem Asqari və uşaqları ilə görüşərək, birgə vaxt keçirir