37 yaşlı amerikalı aktrisa Enn Heteuey ikinci dəfə ana olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Adam Şulmanla ailəli olan kino ulduzu bu barədə rəsmi açıqlama yaymasa da, cütlüyün böyük oğlunu parkda körpə ilə gəzən bir qadınla birlikdə görüblər.
Xatırladaq ki, bir neçə ay əvvəl məşhur aktrisa instaqramda ikinci dəfə çətinliklə hamilə qaldığını, həyat yoldaşı ilə birlikdə əsl cəhənnəmdən keçdiyini qeyd etmişdi:
“Bəzən elə düşünürsən ki, səndən başqa hər kəs ana olur. Sadəcə bu insanlara göstərmək istədim ki, mən də bunlardan keçdim, hamilə qala bilmirdim və bu hekayə xoşbəxt anlardan ibarət deyil”