Qadin.NET / Bakıda ictimai nəqliyyatda "MasterCard"la ödəniş olunacaq

Bakıda ictimai nəqliyyatda "MasterCard"la ödəniş olunacaq

Bakıda ictimai nəqliyyatda "MasterCard"la ödəniş  olunacaq


Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa "MasterCard" vasitəsilə ödəyə biləcək.

Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir.

E.Çakarın sözlərinə görə, Bakıda da bu sistemi tətbiq etmək 

"Bu gün Bakı regional miqyasda iri şəhərə çevrilib, hər il turistlərin sayı artır. İctimai nəqliyyatda plastik kartla ödəniş sistemini tətbiq etmək zərurəti yaranıb və "MasterCard" bu tapşırığı öhdəsinə götürür".

O əlavə edib ki, bununla paralel olaraq "MasterCard" "Bakıkart"la birgə ödəniş kartının müəyyən olunan limiti başa çatdıqdan sonra avtomatik doldurulması ilə bağlı layihə müzakirə edilir

11 dekabr 2019
GO BACK