İnstaqram fenomeni Monika Marina Aqustino ilə bağlı məhkəmə qərarı çıxarılıb
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 24 yaşlı model ötən ay 4 mağazadan oğurluq etdiyinə görə həbs edilmişdi. Bir uşaq anası olan gənc qadının üzərindən narkotik maddələr də tapılmışdı.Modelə 24 ay həbs cəzası kəsilib. Məhkəmənin qərarına görə, onun 18 aydan tez şərti cəzaya keçməsi mümkün olmayacaq.