Qadin.NET / Beyonce ölən körpəsindən danışdı

Beyonce ölən körpəsindən danışdı

Beyonce ölən körpəsindən danışdı


Dünyaca məşhur müğənni Beyons ana olmadan əvvəl itirdiyi körpəsi sayəsində həyatda daha dərin məna axtardığını etiraf edib.

 Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, müğənni ilk uşağı dünyaya gəlmədən əvvəl itirdiyi körpəsi haqda ''Elle'' jurnalına müsahibə verib. Körpəsini itirməsinin ardından həyatdakı kədərlərin və itkilərin əslində bir hədiyyə olduğunu deyib.

Belə ki, o ''Həyat ehtiyac duyduğumu, bilmədiyim dərsləri mənə öyrədərkən həyatımda daha dərin mənalar axtarmağa başladım. Anladım ki, uşağımın anası olmadan əvvəl özümə analıq etməliyəm. Körpəmi itirdikdən sonra konsertlərə və mükafatlara fikir verməməyə başladım'' sözlərini deyib.

Qeyd edək ki, Beyonsun Blu İvy adlı bir qızı və Rumi, Sir adlı iki ekiz uşağı var.

10 dekabr 2019
GO BACK