Qadin.NET / Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO


Şahzadə Diananın Ağ Evdə geyindiyi tünd göy rəngli məxmər paltarı Kerri Teylorun London hərracında alıcı tapmayıb. Geyimin hərracda 250 min - 350 min funt-sterlinqə satılacağı gözlənilirdi. Lakin paltar üçün təklif olunan məbləğ heç 200 min funt-sterlinqə çatmayıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Uels şahzadəsi Viktor Edelşteynin dizayn etdiyi gecə paltarını 1985-ci ildə rəsmi tədbirdə geyinmişdi. Onun həmin tədbirdə məşhur Hollivud ulduzu Con Travolta ilə  rəqsinin görüntüləri bütün dünyada yayılmışdı.

Qeyd edək ki, 1997-ci ildə - ölümündən iki ay əvvəl şahzadə Diana həmin paltarı QİÇS xəstələri üçün xeyriyyə məqsədilə hərracda 100 min funt-sterlinqə satmışdı. Həmin vaxt paltarı floridalı biznes-ledi Morin Dankel almışdı.

Lakin 2011-ci ildə o, müflis olarkən paltarı hərraca çıxarır. Geyim ancaq iki ildən sonra britaniyalı şəxs tərəfindən 240 min funt-sterlinqə alınır. Bu gün yenidən hərraca çıxarılan paltar hələlik alıcısını tapmayıb.

Yeri gəlmişkən, Con Travolta  Ağ Evdə Reyqan ailəsi tərəfindən İngiltərədən gələn hörmətli qonaqların şərəfinə təşkil edilən o axşamı hələ də xatırlayır. Aktyorun sözlərinə görə, o, şahzadə ilə rəqs etmək şərəfinə nail olacağını bilmirdi.

Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO


10 dekabr 2019
GO BACK