Qadin.NET / Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası

Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası

 

Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası



 

Wikipedia son illərdə bir çox ölkələr tərəfindən qadağalarla üzləşir. Bu səfər isə Rusiya qadağalar gətirmək yerinə milli ensiklopediya servisi yaratmağa qərar verirlər. Yeni ensiklopediyanın adı isə "Böyük Rus Ensiklopediyası" olacaq. Rusiya prezidenti Vladimir Putin keçən günlərdə Wikipedia-nın etibarsız olduğunu vurğulamışdı. Həmçinin bu platformanın yerini milli ensiklopediya servisinin almasını daha doğru hesab etdiyini də demişdi.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Rusiya rəsmilərinin dediklərinə görə yeni ensiklopediya elmi qaynaqlarla isbat olunmuş məlumatlardan ibarət olacaq.

"Böyük Rus Ensiklopediyası"nın yaradılması üçün təxminən 30 milyon dollar büdcə ayrıldığı deyilir. Dövlətin belə bir qərar verməsinə əsas səbəb prezident Putinin Kremlində dedikləri idi.

Wikipedia-nı Böyük Rus Ensiklopediyası ilə əvəz etmək daha yaxşıdır. Ən azından daha etibarlı mənbələr əsasında hazırlanan bir platforma olacaq.

Bundan başqa Rusiya keçən aylarda ölkədə satılan cihazlarda Rusiya istehsalı bir tətbiq olmadığı halda satılmasına qadağalar gətirmişdi. Bu qərara Apple şirkətinin də riayyət etməsinin lazım olduğu vurğulanmışdı. Lakin ölkənin elektronik cihaz departamenti bu qərara qarşı olduqlarını bildirmişdilər. Dediklərinə əsasən, bütün cihazlara Rus istehsalı tətbiq yükləməyin mümkün olmadığını və bu addımın markaların tezliklə ölkə ekosistemindən qaçmasına səbəb olacağını demişdilər. Digər önəmli bir qərar isə dövlətin ölkədəki internet üzərində bütün hüquqlarının genişləndirilməsi idi. Yəni ehtiyac anında dövlət ölkədəki bütün internetə müdaxilə edə bilər.

10 dekabr 2019
GO BACK