Türkiyəli aktrisa Fahriye Evcenin atası xəstəxanaya yatırılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ötən il xərçəngə yoluxması səbəbilə mədəsinin bir hissəsi əməliyyatla kəsilib götürülən Ramazan Evcenin halı yenidən pisləşib. Həkimlər onun xəstəliyinin yenidən qayıtdığını bildiriblər. Aktrisanın atası hazırda İstanbulda özəl klinikalarından birində müalicə alır.