Türkiyəli aktyor Can Yaman son günlərdə açıqlamaları və davranışları ilə səs-küyə səbəb olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, pərəstişkarları və həmkarları tərəfindən tənqid atəşinə tutulan sənətçiyə bir qadağa da "Erkenci Kuş" serialındakı tərəf müqabili Demet Özdemirdən gəlib. Yamanın "Demetlə serialın 20-ci bölümündə sevgili olduq" deməsi aktrisanı hiddətləndirib. O, meneceri vasitəsilə Cana "Mənim haqqımda heç bir yerdə danışma" deyərək, xəbər göndərib.