Məşhur türk aşpaz Nüsrət Gökçə qüvvəsini qaydasız döyüşdə də sınamaq niyyətindədir.
Qadin.Net kaspi.az-a istinadən xəbər verir ki, Nüsrət Həbib Nurməhəmmədovla döyüşməyə hazır olduğunu bildirib. O, Konor Makreqorla da üz-üzə gəlmək istəyir:
"Makreqor və ya Həbib, mənim üçün fərqi yoxdur. Mən hazırım. Onların hər ikisinə böyük hörmətim var.
Əgər onlardan hər hansı bir məni nə vaxtsa çağırsa, döyüşməyə hazıram".
Həbib gələn ilin aprel ayında Toni Feryusonla döyüşəcək. Makreqor isə yanvarda Donald Serrone ilə üz-üzə gələcək