Aktrisa Serenay Sarıkaya ilə keçmiş menecerinin məhkəmə prosesi ilə bağlı yeni qərar verilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Serenay keçmiş menecerinin şirkəti ilə qalmaqal yaşamışdı. Şirkət isə onların icazə olmadan serial və reklamlarda çəkildiyi üçün aktrisanı məhkəməyə verib, 3500 lirə təzminat tələb edib.
Aralarındakı müqavilənin vaxtının keçdiyini deyən Sarıkaya da qarşı tərəfdən min lirə təzminat tələb edib. Məhkəmə isə hər iki tərəfin şikayətini rədd edib