Şahzadə Diana ölümündən 22 il keçsə də, hələ də tez-tez gündəmə gəlir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, dəb ikonu olan şahzadənin ən çox tanınan 8 libasından biri Londonda auksiona qoyulacaq.
Geyimin dəyəri isə 450 min dollardır (təxminən, 765 min manat).
Şahzadə sözügedən libası 1985-ci ildə ABŞ Prezidenti Ronald Riqanın Ağ Evdə verdiyi dəvətdə geyinib.
Qeyd edək ki, Diana həmin geyimdə Con Travolta ilə olan rəqsinə görə yadda qalmışdı.