Türkiyəli müğənni Sila yeni il gecəsi heç bir gecədə iştirak etməyəcək.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, müğənni yeni il gecəsini ailəsi və sevgilisi ilə bir yerdə qeyd etdiyi üçün bu qərarı verdiyini açıqlayıb. İfaçı evində böyük bir ziyafət təşkil edəcəyini də bildirib.
5 aydır sevgi münasibətində olan Hazal Amani ilə nə zaman ailə quracaqları barədə suala isə "Bu barədə susuram" cavabını verib.
Xatırladaq ki, ötən il Sila yeni il gecəsində 500.000 (təxmini 150.000 AZN) lirə qarşılığında çıxış edib