Avstraliyanın Melburn şəhərindən olan bir gənc ana, doğuşdan sonra artıq çəkilərindən yaxa qurtarmağı bacarıb.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, o, arıqlama sirrlərini öz blogunda izləyiciləri ilə bölüşüb.
30 yaşlı Elişa Baks, doğuşdan sonra on ay ərzində 26 kiloqram arıqlayaraq, onu tənqid edənlərə bu yolla cavab verib.
"Mən evə qayıtmaqdan qorxdum. Bu yalnız yeni doğulmuş uşaqla bağlı deyil . Mənəvi olaraq çox yorulmuşdum", - deyə o, qeyd edib.
Elişa arıqlama proqramına qoşularaq, öz arzusuna çatıb.
"Baxıram və iki oğlumla birlikdə özümü xoşbəxt biri kimi görürəm. 26 kiloqram arıqlamışam, indi daxilən özümü daha yaxşı hiss edirəm", - deyə o, fikirlərini izləyiciləri ilə bölüşüb