"ELLE" jurnalının Türkiyə versiyasının təşkil etdiyi "Style Awards 2019" mükafatlarının təqdimetmə mərasimində aktrisa Aybuke Pusat geyimi ilə göz qamaşdırıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, gənc aktrisa mərasim üçün dərin yarıqlı və sinə dekolteli libas seçib. Qırmızı xalıda poza verən Pusat, gecə boyu diqqət mərkəzində olub.
Aktrisa bu yaxınlarda "FOX TV" ekranlarında finala çıxan "Her Yerde Sen" serialında rol almışdı.