Dünyaca məşhur ifaçı Castin Timberleyk ötən günlərdə aktrisa Alişa Veynraytla çəkilən görüntüləri ilə bağlı 7 illik həyat yoldaşı Cessika Bildən üzr istəyib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, bununla bağlı sosial mediada məktub yayımlayıb.
Müğənni məktubda 31 yaşlı Veynrayta aralarında bir şey olmadığını, həmin gecə içkili olduğunu və etdiyi hərəkətdən peşmanlıq duyaraq həyat yoldaşından üzr istədiyini yazıb:
“Həmin gecə içkili idim və davranışıma görə peşmanam. Onları utandırdığım üçün möhtəşəm həyat yoldaşımdan və ailəmdən üzr istəyirəm. Əlimdən gəldiyi qədər ən yaxşı ər və ata olmağa çalışıram. Amma bu davranışım çabalarıma yaraşmadı. Bu, oğlum üçün örnək davranış deyil”.
Qeyd edək ki, C.Timberleyk həyat yoldaşı ilə bağlı “O, məni və həyatımı dəyişdirdi” sözlərini işlədir. 2007-ci ilin yanvarında tanış olan, 2011-ci ilin dekabrında nişanlanan cütlük 19 noyabr 2012-ci ildə İtaliyada evlənib. Onların dörd yaşında Silas adlı oğlu var.