Corcina Rodriqez sevgilisi Kriştiano Ronaldo ilə bağlı paylaşım edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, model "Qızıl top"u qazana bilməyən sevgilisinə dəstək olaraq onu "ən yaxşı" adlandırıb:
“Rəqəmlər və qazandığın mükafatları hamı görür. UEFA Millətlər Liqası, İtaliya Kuboku, A seriyasında çempionluq, seriyanın ən yaxşısı seçildin. Sən mükafatlara sığmayan bir futbolçusan. Sən rəqabətdən qorxmayan, daim irəliyə gedən və dünyaya hər zaman bir nömrə olduğunu göstərən futbolçusan. Səni sevirəm”.
Qeyd edək ki, “Qızıl top” mükafatını 6-cı dəfə argentinalı futbolçu Lionel Messi qazanıb