Qadin.NET / Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı

Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı

Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı


“Facebook”un yaradıcısı Mark Zukerberq və xanımı Pristsilla Çen Kaliforniyadakı yeddi milyon dollarlıq evlərinin qapılarını (CBS) kameraları üçün açıb. 

Bu barədə “Daily Mail” xəbər verib.

Aparıcı Geyl Kinq onlardan bu qədər maddi imkan olduğu halda övladlarına necə tərbiyə verdiklərini soruşub. Cütlük qızları dörd yaşlı Maksimlə, iki yaşlı Avqustu “disiplinli” olmağa və əməksevərliyi aşılamağa çalışdıqlarını deyiblər: 

“Biz onlara hər şeyi vermirik. Düşünürəm ki, bu vacibdir. Həmçinin, onların öz vəzifələri var”, - deyə Zukerberq bildirib.

Bundan başqa, onlar uşaqlara ev tapşırıqları verdiklərini və özləri ilə işə apardıqlarını söyləyiblər.

“Biz onları özümüzlə işə aparırıq ki, nəyi necə etdiyimizi görsünlər”, - deyə Çen vurğulayıb.

Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı

Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı

Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı


4 dekabr 2019
GO BACK