Dubayda yaşayan azərbaycanlı Vüqar Adıgözəlov rekorda imza atıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, 145 ölkənin vətəndaşı ilə eyni təyyarədə tarixi uçuş edib və Ginnesin Rekordlar Kitabına düşüb.
Belə ki, V.Adıgözəlovun təşəbbüsü ilə 29 noyabrda Birləşmiş Ərəb Əmirliliklərinin 48-ci Milli günü münasibətilə 145 ölkənin nümayəndəsi, Ginnesin nümayəndələri və digər şəxslər olmaqla 500-dən çox sərnişin tarixi uçuş üçün bir araya gəlib.
Bu hadisə Ginnesin dünya rekordu kimi qeydə alınıb. Vüqar bu barədə sosial şəbəkədə hisslərini dilə gətirib:
“Həyatımın bu mərhələsində Ginness Dünya Rekorduna rəsmi cəhd etmək də var imiş” deyə, o bildirib.
Qeyd edək ki, Vüqar Adıgözəlov Oxford Universitetində magistr təhsili alır. O, Dubayın məşhur şirkətlərindən birinin marketinq direktorudur