İş adamı Uğur Akkuş həyat yoldaşı Ebru Şallıya sürprizləri davam edir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, biznesmen bu dəfə Beverly Hills-də dəyəri 15 milyon dollar olan bir malikanə alıb. Üç ay əvvəl nikah masasına oturan Ebru Hollivud ulduzlarına qonşu olub.
Los-Ancelesin ən məşhur bölgəsindəki evi iş adamı hərracda alıb. Cütlük vaxt tapanda ora gedib, istirahət edəcək. Onlar birdəfəlik ABŞ-a köçməyi düşünmədiyini deyib.
Ev 12 otaq, iki havuz, idman zalı və tenis sahəsindən ibarətdir. Həmin bölgədə Cennifer Lopes, Ancelina Coli və Madonna kimi məşhurların da evi var.