Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Aslı Enver həmkarı Özcan Dənizin evliliyinin bitməsinə səbəb olaraq göstərilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa sosial şəbəkədə iddialara cavab verib.
“Çox əsəbiyəm. Mənə görə yalnız iş yoldaşım olan Özcan Dənizin boşanmasına səbəb kimi göstərilirəm. Belə şey olmadı və olmayacaq” deyə, o, paylaşımda yazıb.
Qeyd edək ki, "İkinci sayfa" proqramının məlumatına görə, Özcan davamlı olaraq Aslı Enverin geyindiyi libasları, saç stillərini həyat yoldaşında görmək istəyib. Bu isə Feyzanın dava çıxarmasına zəmin yaradıb. Problemi aradan qaldırmaq üçün psixoloqa müraciət edən cütlük aralarındakı problemi həll etməyi bacarmayıb və yollarını ayırıb